Paşinyan hakimiyyəti Qərb mediasının hədəfində

Paşinyan hakimiyyəti Qərb mediasının hədəfindəJanna Kavelye deyir ki, Paşinyan jurnalistləri "qatil", erməni media məkanını isə "zibilxana" adlandırıb. Amma özü qəzetin baş redaktoru olub. Bu cür düşmənçilik ifadələri jurnalistlərə qarşı zorakılıq və cinayətlərə görə cəzasızlıq mühitini daha da gücləndirir.

Bununla bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan hökuməti "Ermənistan demokratiyanın qalasıdır" devizini qəbul etsə də, indi beynəlxalq müşahidəçilər ölkədə söz azadlığına artan təhlükədən təşvişə düşdüklərini bəyan edirlər. Qərbin nüfuzlu "Eurasianet" nəşrində dərc olunan məqalədə erməni müəllif Ani Mejlumyan yazır ki, son bir ildə Ermənistanın Azərbaycanla müharibədə məğlub olması və hakim partiyaya siyasi təzyiqlərin güclənməsindən sonra narahatlıq daha da artıb. Ermənistan Konstitusiya Məhkəməsi "ictimai fəaliyyət" ilə əlaqədar təhqir olunmağa görə cərimənin məbləğini əhəmiyyətli dərəcədə artıran qanunu təsdiqləyib. Belə bir qanun pozuntusuna görə maksimum cərimə təxminən 12,6 min dollar təşkil edəcək ki, bu da Ermənistanda bir jurnalistin orta aylıq maaşından təxminən 30 dəfə çoxdur.

Mətbuat azadlığına ciddi təhlükə

Qanunun tənqidçiləri hesab edirlər ki, bu, hökumət rəsmilərini qorumaq üçün nəzərdə tutulub. Sentyabrın əvvəlindən ən azı üç Ermənistan vətəndaşı "Facebook"da Paşinyan haqqında təhqiramiz şərhə yol verdiyinə görə ittiham olunub. "Sərhədsiz Reportyorlar" beynəlxalq insan haqları təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye bildirib ki, qanun Ermənistanda ifadə azadlığı üçün geriyə addım və mətbuat azadlığına ciddi təhlükədir. Kavelye qeyd edib ki, Konstitusiya Məhkəməsinin qərarı "çox məyusedicidir" və yeni qanun mətbuatı ciddi şəkildə qorxuda bilər. Lakin hökumət artıq yeni məhdudiyyətlər üçün plan qurur.

Naməlum mənbəyə istinad

Oktyabrın 19-da hakim "Mülki müqavilə" fraksiyasının deputatı Artur Hovanisyan "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna faktiki olaraq naməlum mənbələrdən istifadəni qadağan edən düzəlişlər təklif edib. "Kütləvi informasiya vasitələri haqqında" qanuna edilən dəyişikliklərdə KİV-lərin fəaliyyətləri ilə bağlı maliyyə hesabatlarını təqdim etmələri, əmlakları haqqında məlumatların açıqlanması ilə bağlı əlavə tələb də yer alıb. Amma ən çox diqqət naməlum mənbəyə istinada yönəlib. "Aydındır ki, jurnalistlər anonim mənbəni açıqlamağa borclu deyillər, lakin bu o demək deyil ki, jurnalistlər anonim mənbəni açıqlamayanda onlar məsuliyyətdən azad olurlar", - deyə parlament iclasında qanunun müzakirəsi zamanı Ermənistanın ədliyyə naziri Karen Andreasyan deyib.

"Telegram" kanallar hədəfə alınıb

Bir çox müşahidəçilər hesab edir ki, qanun ilk növbədə Ermənistanda son illərdə sayı artan "Telegram"da anonim xəbər kanallarına yönəlib. Onların bir çoxu daxili, xarici və müdafiə xəbərləri üzrə ixtisaslaşıb. Hakimiyyət orqanlarının xüsusilə bəyənmədiyi kanallardan biri ötən il Azərbaycanla müharibə başa çatdıqdan sonra yaradılan "Mediaport" resursudur. Ermənistan mediası və mətbuatın maraqlarını müdafiə edən təşkilatlar şikayət edirlər ki, bu qanunun qəbulu ilə bağlı, faktiki olaraq onlarla məsləhətləşməyiblər. "CivilNet" xəbər saytında dezinformasiya və faktların yoxlanması proqramını aparan media eksperti Artur Papyan "Eurasianet"ə deyib ki, Parlament QHT-ləri məsələni müzakirə etməyə dəvət etdi, lakin heç kim təşəbbüsü bəyənmədi. O, qanunun onun işinə necə təsir edəcəyindən narahat olduğunu da bildirib: "Görəsən, proqramımı davam etdirə biləcəyəm, yoxsa məni məhkəməyə çəkəcəklər?"

İddiaların sayı kəskin şəkildə artıb

Hətta qanun qəbul ediləndə də söz azadlığına təzyiqlərin artmasının əlamətləri var idi. 2021-ci ilin birinci rübündə Ermənistanın "İfadə Azadlığını Müdafiə Komitəsi" hüquq müdafiə təşkilatı media və jurnalistlərə qarşı 10, ikinci rübdə isə 23 məhkəmə iddiası qeydə alıb. Onlardan 12-si bir şəxs və əlaqəli şirkətlər tərəfindən verilib. Bu sırada iş adamı Xaçatur Sukiasyan liderdir. O, bu yaxınlarda hakim parlament fraksiyasından deputatı seçilib. "Yeni məhdudlaşdırıcı hüquqi tədbirlər olmasa belə, ikinci rübdə mediaya və jurnalistlərə qarşı iddiaların axını kəskin şəkildə artıb", - təşkilat iyul ayı hesabatında yazıb.

Qızışdırıcı ritorikadan istifadə

Bu arada Paşinyanın rəhbərlik etdiyi hökumət üzvləri qızışdırıcı ritorikadan istifadə edərək öz tərəfdarlarını mətbuata qarşı yönəltməyə çalışıblar. "Biz müşahidə edirik ki, hökumət rəsmiləri jurnalistlər haqqında danışarkən bəzən aqressiv ritorikadan istifadə edirlər", - Janna Kavelye bildirib. Paşinyan jurnalistləri "qatil", erməni media məkanını isə "zibilxana" adlandırıb", – Kavelye xatırladıb. "Amma Paşinyan özü qəzetin baş redaktoru olub! Bu cür düşmənçilik ifadələri jurnalistlərə qarşı zorakılıq və cinayətlərə görə cəzasızlıq mühitini daha da gücləndirir", – deyə o əlavə edib.

Hökumətin "paranoya"sının nəticəsi

Media eksperti Samvel Martirosyan isə deyir ki, söz azadlığının boğulması hökumətin "paranoya"sının nəticəsidir. "Hökumət zəifdir və əksər mediaya nəzarət etmir", - o əlavə edib. Ermənistanın hər bir növbəti hökuməti medianın mənfi xəbərləri ilə bağlı nəsə etməyə çalışıb. "Onlar düşünmürlər ki, tənqid ictimai rəyi təmsil edir. Bizim bütün hökumətlərin reallıqla əlaqəni kəsməsi və hər bir tənqidə qərəzli və pullu baxması çox adi haldır", - Martirosyan deyir. O əlavə edib ki, keçmiş hakimiyyətin mediaya köhnə yanaşması var idi. Onlar televiziyaya nəzarəti üstün tuturdular. İndiki hakimiyyət internet vasitəsilə hakimiyyətə gəlib və orada yazılanların hamısına bəzən reallığa uyğun gəlməyən məna verirlər. Məqalənin sonunda isə xatırladılır ki, Amerikanın "Freedom House" qeyri-hökumət təşkilatının ötən ay dərc etdiyi İnternet Azadlığı İndeksində Ermənistan dörd pillə geriləyərək 75-ci yerə düşüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1544   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr