Gələn il bu rayonlara pul ayrılmayacaq - VİDEO
Gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər isə özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.
Sonxeber.az-ın "xezerxeber.az"-a istinadən məlumatına görə, bu barədə millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu məsələ "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, dövlət büdcəsindən Ağdama 4 milyon 980 min manat, Cəbrayıla 2 milyon 874 min manat, Xocalıya 1 milyon 527 min manat, Xocavəndə 1 milyon 540 min manat, Kəlbəcərə isə 3 milyon 528 min manat vəsait ayrılacaq.
Dövlət büdcəsindən rayonlara gələn il ümumilikdə 37 milyon 456 min manat vəsait ayrılacaq.
Vüqar Bayramov hesab edir ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan verir. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir.
Qeyd edək ki, "2022-ci ilin dövlət büdcəsi haqqında qanun" layihəsi yaxın günlərdə parlamentin komitələrində müzakirəyə çıxarılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2225 Tarix: 01 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrSentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabr