Azərbaycan Ordusunun Zəfər yolu
Azərbaycan xalqı üçün ötən ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu.
Rəşadətli ordumuz qısa müddətdə 30 il ərzində düşmənin milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları darmadağın edərək həsrətimizə son qoydu. Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər.
Əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən bayram kimi, böyük sevinclə qarşılandı.
Noyabrın 10-da imzalanan Üçtərəfli bəyanatın bütün bəndləri Azərbaycanın milli və dövlət maraqlarına uyğun idi. Sənədin bəndləri işğal altında qalan digər rayonların da azad olunmasını nəzərdə tuturdu. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada da qaldırıldı.
Zəfər Savaşı adlandırılan və bütün dünyanın diqqət mərkəzində olan, hələ də araşdırılaraq örnək götürülən 44 günlük müharibə hər zaman sülh şəraitində yaşamaq istəyən Azərbaycan xalqının istəyini, arzusunu reallığa çevirdi. Bu reallıq isə, sülh istəyinin müqabilində müharibəyə hazır olmaqla, şərəfli, müzəffər orduya sahib olmaqla gerçəkləşdi.
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda müasir ordu quruculuğu prosesi yeni mərhələsinə başladı, müasir silahların, texnikanın, texnologiyanın əsasında silah-sursatın, hərbi texnikanın alınması reallaşdırıldı. Təsadüfi deyil ki, 44 günlük müharibə, 21-ci əsrin müharibəsi kimi dəyərləndirilib və yeni nəsil silahlar, onlardan istifadə, döyüş taktikası dünyanın hərbi dairələrində hələ də müzakirə mövzusudur.
Bütün dünyaya işğal faktı ilə barışmayacağını qətiyyətlə bəyan edən Azərbaycan xalqının və dövlətinin iradəsini hər kəs izlədi. Dünya ölkələrinə bir daha əyan oldu ki, Prezi¬dent İlham Əliyevin hərb, siyasət və diplomatiya müstəvisində uğurlu fəaliyyəti nəticəsində qüdrətli Azərbaycan dövləti erməni faşiz¬minin başını əzdi – təcavüzkarı layiqincə cəzalandırdı.
Müzəffər Ali Baş Komandanın prinsipial siyasəti, qətiyyətli möv¬qeyi və xalqımızın onun ətrafında sıx birləşməsi və şübhəsiz ki, Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər bizim illərdir əyilmiş qəddimizi düzəltdi. Tariximizə böyük bir töhfə bəxş etdi.
Aysel Mənsimova – YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1658 Tarix: 02 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ
15 sentyabr 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər
"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə
5 sentyabr 2021Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl
8 sentyabr 2021Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib
Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr
5 sentyabr 2021Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi
Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər
4 sentyabr 2021İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO
Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7
11 sentyabr 2021Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden
29 avqust 2021