Şahmar Mövsümov: "Bütün ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidirlər"
İnkişaf etmiş ölkələrdə vaksinasiya 60-70 faizə qədər çatıb. İnkişaf edən ölkələrin bir çoxunda isə 10 faizə çatmayıb. Təbii ki, bu qeyri-bərabər, ədalətsiz yanaşmadır.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov "COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu qlobal pandemiyadır, hansısa bir ölkə bunu bitirə bilməz, bütün ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, bu tezliklə bitsin.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Prezident İlham Əliyev "COVID-19-dan sonrakı dünya" mövzusunda VIII Qlobal Bakı Forumunun açılışında çıxış edib.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
9 gün iş olmayacaq
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Arvadının iynə vurduğu kişi öldü