Bakı Metropolitenində yeni avtomatlaşdırılmış sistem tətbiq olunacaq
Gələcəkdə metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək.
Bakı Metropoliteninin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və "Nərimanov" elektrik deposunda "ox sayğacı" bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.
Yarım əsrdən artıq bir istismar dövrü yaşayan Bakı metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1125 Tarix: 07 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qayınana kürəkəninin dəfnində vəfat etdi
İki gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qayınanası vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anas
13 aprelXəzər dənizində bu gün dördüncü zəlzələ baş verib
Xəzər dənizində bu gün 3.1 maqnitudalı dördüncü zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:21-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 25 kilometrdir
14 aprelXəzər dənizində 3.2 maqnitudalı zəlzələ oldu
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, aprelin 12-də yerli vaxtla 23:45-da qeydə alınan zəlzələnin ocağı 32 kilometr dərinlikdə olub
13 aprelBulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - Video
Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb. Həmi
13 aprelTanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi (FOTO)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub. -ın -a istinadən məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub. Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamenti
13 aprel6 ildir axtarılırdı - Qalıqları tapıldı
Gəncədə 70 yaşlı kişinin meyitinin qalıqları tapılıb. "Qafqazinfo" xəbər verir ki, meyiti tapılan 1956-cı il təvəllüdlü Əli Mahmudov 2020-ci ildən axtarışda olub. Hazırda Gəncə Şəhər Prokurorluğu və polis əməkdaşları hadisə yerində araşdırma aparır
13 aprelNaxçıvanda qar örtüyünün qalınlığı 88 sm-ə çatır
Naxçıvan Muxtar Respublikasında (MR) 300 metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm təşkil edib. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən -a verilən məlumata görə, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunub. Şahbuz və Ordubad rayonlarını
14 aprel