Vətən müharibəsi ilə bağlı Azərbaycan üzrə MARAQLI SORĞU - STATİSTİKA

Vətən müharibəsi ilə bağlı Azərbaycan üzrə MARAQLI SORĞU - STATİSTİKASosial Tədqiqatlar Mərkəzi 24 oktyabr - 5 noyabr 2021-ci il tarixlərində ölkə əhalisi arasında telefon sorğusu keçirib. Sorğu bütün iqtisadi rayonları əhatə edib. Sorğuda əminlik intervalı 95%, statistik xəta əmsalı 4.4% təşkil edib.

Sonxeber.az xəbər verir ki, tədqiqat zamanı müharibə və onun hərbi-siyasi yekununa dair baxışlar, postmüharibə dövrünün reallıqları və vətəndaşların gözləntiləri istiqamətində suallar verilib.

Müharibə və onun hərbi-siyasi yekununa dair baxışlar

Sorğuda iştirak edən respondentlərin yarıya yaxını (43.7%) 2020-ci ilin ilk 6 ayında yaxın gələcəkdə Ermənistanla müharibə ehtimalı düşüncəsində olmayıb. Bundan fərqli olaraq, hər üç nəfərdən biri (37.9%) ötən yarım ildə Ermənistanla müharibənin olacağı qənaətinə hakim idi. Sözügedən qənaət barədə heç bir fikri olmayanlar isə ümumi rəyi öyrənilənlərin 18.4%-ni təşkil edir.

Sorğuda iştirak edənlərin mütləq əksəriyyətinin (68.7% "tam inanırdım" və 17.2% "qismən inanırdım") müharibədən əvvəl Azərbaycanın Ermənistanın nəzarətində olan torpaqlarını qaytara biləcəyinə bu və ya digər dərəcədə inamı vardı. 14.1% isə torpaqlarını qaytara biləcəyinə inanmırdı.

Vətən müharibəsinin nəticələrinə dair gözləntiləri özündə əks etdirən ictimai rəy sorğusuna əsasən, rəyi öyrənilənlərin bu istiqamətdə mövqeyi müharibənin yekunları ilə uzlaşır. Respondentlərin mütləq əksəriyyəti (99.3%) gözləntilərinin müxtəlif dərəcələrdə reallaşdığını bildiriblər. Belə ki, Vətən müharibəsinin nəticələrinə dair gözləntilər əhalinin 87.1%-nin nəzərində özünü tam doğrultsa da, 12.2% respondentin müharibənin nəticələri ilə bağlı gözləntiləri qismən reallaşıb.

Əhalinin mütləq əksəriyyəti (97.6%) özünü qalib ölkənin vətəndaşı kimi hiss edir.

Rəyi öyrənilənlərin əksəriyyəti yenidən müharibə başlayacağı təqdirdə özünün və ya ailə üzvlərinin (müvafiq olaraq 84.1% və 76.6%) döyüşə gedəcəyini bildirib.

Ermənistanın 10 noyabr tarixli Birgə Bəyanatın bəndlərinin yerinə yertirməməsi ilə zaman-zaman gündəmə gələn yenidən müharibə ehtimalını 25.5% respondent istisna etməyib. Bunun əksinə olaraq, əhalinin böyük hissəsi (70.2%) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin yenidən alovlanmayacağını düşünür.

Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına 54,4% respondent (28.1% "tamamilə inanıram", 26.3% "qismən inanıram) bu və ya digər dərəcədə inanır. Hər dörd respondentdən birinin (27.0%) yekun sülh sazişinin yaxın gələcəkdə imzalanmasına heç inamı yoxdur. 15.0%-in isə bu barədə ümumiyyətlə hər hansı məlumatı yoxdur.

Postmüharibə dövrünün yeni reallıqları və gözləntiləri

Ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bölgədə təhlükəsizlik məsələlərinə ictimai rəy sorğusunun nəticələrinə nəzər yetirdikdə, respondentlərin mütləq əksəriyyəti bölgənin təhlükəsizliyindən müxtəlif dərəcələrdə razıdır. Respondentlərin əksəriyyəti (75.3%) bölgənin təhlükəsizliyi ilə bağlı tam razılığını ifadə edib, 15.3%-i bölgənin təhlükəsizliyindən qismən razı olsuğunu bildirib.

Rəyi soruşulanların mütləq əksəriyyəti qələbədən sonra ölkədəki vəziyyətlə gözləntilərinin özünü doğrultduğunu bildirib. Belə ki, respondentlərin 73.0%-i qələbədən sonra ölkədəki vəziyyətlə bağlı gözləntilərinin özünü tam doğrultduğunu, 18.7% isə qismən doğrultduğunu deyib. 8.3% isə gözləntilərinin heç birinin reallaşmadığını bildirib.

İctimai rəyin nəzərində Azərbaycanın hərbi sərkərdəsinin rəhbərliyi ilə XXI əsrdə müharibədə qalib gələn yeganə ölkə olması (92.6%); Xalq-dövlət-ordu birliyinin (66.5%) güclənməsi; eləcə də beynəlxalq aləmdə Azərbaycanın hərbi-siyasi nüfuzunun artması (42.8%) Vətən müharibəsində əldə olunan qələbənin əsas uğurları olaraq dəyərləndirilib.

Maraqlıdır ki, hər dörd respondentdən biri qələbənin əsas uğurları sırasında xarici ölkələrdən Qarabağa qanunsuz yük daşımalarının qarşısının alınmasını görür. Qələbənin xarici investisiyalar cəlb etmək üçün yeni imkanları formalaşdırdığını və Gorus-Qafan yoluna Azərbaycanın nəzarət etməsini təmin etdiyini müvafiq olaraq 14.9% və 10.9% respondent qeyd edib.

Ümumiyyətlə, 87.8% respondent işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış istiqamətində gedən genişmiqyaslı bərpa və quruculuq işləri ilə maraqlanır. 12.2% respondentin gedən bərpa və quruculuq işləri ilə tanış olmağa marağı yoxdur.

Bununla yanaşı, respondentlərin mütləq əksəriyyəti bu istiqamətdə gedən işləri müxtəlif dərəcələrdə səmərəli hesab edir. Belə ki, respondentlərin böyük əksəriyyəti (84.0%) bu istiqamətdə gedən işləri çox səmərəli hesab etdiyi halda, 15.0% respondent azad ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsini qismən səmərəli qiymətləndirdiyini ifadə edib.

Azərbaycanın məcburi köçkün olmayan vətəndaşlarının Qarabağa getməklə bağlı fikirlərini öyrənmək üçün onların işğaldan azad olunmuş ərazilərə necə getmək istədikləri soruşulub.

Respondentlərin yarıya yaxını (44.7%) Qarabağa yalnız turist kimi sırf həmin yerləri görmək və orda istirahət etmək üçün gedəcəyini bildirub. Çox maraqlı nəticədir ki, məcburi köçkün olmayan vətəndaşların hər dörd nəfərindən biri, başqa sözlə 22.3% respondent Qarabağa daimi yaşamaq üçün gedəcəyini bildirib. Yalnız iş məqsədləri ilə bağlı müvəqqəti yaşamaq üçün gedə biləcəyini deyənlərin göstərici 11.6%-dir. 18.6% respondent isə bu barədə düşünmədiyini deyib.

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2282   Tarix: 08 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Azərbaycançılıq ideyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və gələcəyimizin əsas təməli

". Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən fundamental ideoloji məfkurədir. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin vahid amal, ümum

12 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr