Şəhid ailələrinin evindən oğurluq edildi - VİDEO
Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da evlərindən müxtəlif vaxtlarda kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin eyni yaşayış kompleksində və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində 12 evdən kombi aparatı oğurlayan şəxslər – Sübhan Ağayev, Sənan Mustafayev, Orxan Nüsrətli və Taleh Haqverdiyev qısa zamanda saxlanılaraq istintaqa təqdim olunublar və onlar ifadələrində törətdikləri hadisələri etiraf ediblər.
Qeyd edək ki, kombiləri oğurlanan zərərçəkənlərdən ikisi şəhid ailəsidir. Polis əmıkdaşları tərəfindən oğurlanan kombilərin bir neçəsi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Şəhid ailələrinə məxsus kombi aparatlarının qısa zaman ərzində onlara qaytarılması təmin ediləcəkdir.
Faktlarla bağlı 10-cu Polis Bölməsində toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qaradağ Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri