Əli Əsədov Mqer Qriqoryanı susdurdu - VİDEO

Əli Əsədov Mqer Qriqoryanı susdurdu - VİDEONoyabrın 12-də Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak və gündəliklə bağlı çıxış edib.

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan videokonfransda çıxışı zamanı Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Bəyanatların müddəalarının, o cümlədən hərbi əsirlər ilə bağlı bəndin Azərbaycan tərəfindən pozulması, hərbi əməliyyatların gedişi zamanı baş vermiş dağıntılar, kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyinə dair əsassız və məntiqsiz ittihamlar irəli sürüb.

Baş nazir Əli Əsədov əlavə çıxış edib və Ermənistan nümayəndəsinə cavab verərək deyib: "Hörmətli hökumət başçıları, iclasda Ermənistan təmsilçisi tərəfindən səsləndirilən bəzi fikirlərə aydınlıq gətirmək və deyilənlərlə bağlı mövqeyimizi ifadə etmək istərdim. 44 günlük müharibə başa çatıb, Azərbaycan 30 il ərzində işğal altında olan torpaqlarını azad edib. 9-10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatı imzalanıb. Biz tam şəkildə 9-10 noyabr Bəyanatına sadiqik və onun bütün maddələrini icra edəcəyik.

Moskvada 11 yanvar 2021-ci ildə qəbul edilmiş Bəyanatın bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu maddəsinə gəldikdə isə, Rusiyanın hökumət başçısının müavini, Azərbaycan Baş nazirinin və burada iştirak edən Ermənistan Baş nazirinin müavininin həmsədrliyi ilə yaradılmış işçi qrupu çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilir. Odur ki, "Azərbaycan nəqliyyat məsələlərinin həllində güc tətbiqi və hədədən istifadə edir" fikrini şərhsiz qoyardım. Bu məsələlər üçtərəfli işçi qrup çərçivəsindədir və təkcə Azərbaycanın deyil, eyni zamanda bir müddət əvvəl regionun digər təmsilçilərinin qeyd etdiyi kimi hamının marağına cavab verir.

Burada hərbi əsirlərlə bağlı məsələlərə toxunuldu.10 noyabr bəyanatının 8-ci bəndi hərbi əsirlərin təhvil verilməsini nəzərdə tutur. Azərbaycan bu bəndi tam şəkildə icra edib. Bununla bağlı qeyd etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2021-ci il tarixli bəyanatında qeyd edilir ki, 2 dekabr 2020-ci ilə qədər Rusiya Sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfər isə Azərbaycana qaytarılıb.

Bununla yanaşı bəyanat imzalanandan və atəşkəsə dair saziş qüvvəyə mindikdən bir müddət sonra, 13-14 dekabr tarixlərində 62 nəfərdən ibarət silahlı şəxs Azərbaycan ərazisində saxlanılıb. Onlar bütün beynəlxalq normalara əsasən hərbi əsir sayılmırlar və bizim ölkəmizin ərazisinə diversiya məqsədi ilə daxil olmuşdular. Bu səbəbdən hərbi əsir statusu onlara şamil edilmir. Ancaq, buna baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək onlardan 29 nəfərini Ermənistana qaytarıb. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib və onlar cəzalarını çəkəcəklər.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: cari ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan bəyan etdi ki, onun ərazisində "Dağlıq Qarabağ" adlanan ərazi vahidi yoxdur. Azərbaycanda "Qarabağ" və "Şərqi Zəngəzur" iqtisadi rayonları var"./AZXEBER.COM


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2090   Tarix: 12 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr