Lerikdə qarın hündürlüyü 22 sm olub - Faktiki hava
Noyabrın 12-si səhər saatlarına olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 54.0 mm, Astarada 40.0 mm, Oğuzda 19.0 mm, Lerikdə 16.0 mm, Rvarudda (Lerik) 12.0 mm, Yardımlıda 11.0 mm, Kişçay (Şəki), Sarıbaşda (Qax) 10.0 mm, Qəbələdə 9.0 mm, Bərdədə 8.0 mm, Şəki, Göyçay, Zərdabda 7.0 mm, Balakən, Zaqatala, İmişli, Şamaxıda 6.0 mm, Kürdəmir, Sabirabadda 4.0 mm, İsmayıllı, Cəfərxan, Ağsuda 3.0 mm, Tərtər, Beyləqan, Gədəbəy, Ağdam, Mingəçevir, Göytəpədə 2.0 mm, Şahdağ, Şabran, Xınalıq, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan, Bərdə, Qrız, Xaltan, Qusar, Altıağac, Qobustan, Şəmkir, Göygöl, Daşkəsəndə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 3.0 mm, Sumqayıt, Maştağa, Çilov adası, Binə, Pirallahıda 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 22 sm, Sarıbaşda (Qax) 11 sm, Lerikdə 2 sm, Xınalıq, Daşkəsən, Altıağac, Qusar, Şahdağda 1 sm olub.
Noyabrın 12-də gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Neftçalada 20 m/s, Salyan, Tərtərdə 18 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Çilov adasında 23 m/s, Neft Daşları, Bakı, Binə, Maştağada 22 m/s, Pirallahıda 21 m/s, Qum adasında 20 m/s, Ələt, Sumqayıtda 18 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.7 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 5°-dək isti, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan MR-da 1-4° isti olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri