Kollec təhsili olan bağça müdirləri işdən çıxarılır?
Azərbaycanda kollec bitirmiş uşaq bağçaları müdirlərinin işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Həmin informasiyada bildirilir ki, bütün ali təhsili olmayan şəxslər bağçalara rəhbərlikdən kənarlaşdırılır.
"Qafqazinfo" məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Məktəbəqədər Təhsil Müəssisəsləri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxlayıb. İdarədən sorğumuza cavab olaraq bildirilib ki, hazırda Bakı şəhərində belə hal yoxdur: "Bakıda bağça müdirlərinin demək olar ki, hamısı ali təhsillidir. Kollec təhsili olanlar da uzun illərdir həmin vəzifədə çalışırlar. Paytaxtda 340-dan çox uşaq bağçası var və heç birində belə hal baş verməyib".
Qeyd edək ki, qanunvericiliyə görə, bağça müdiri olmaq istəyənlər üçün müəyyən tələblər mövcuddur. Belə ki, bağça müdirləri məktəbəqədər təhsil və ya idarəetmə üzrə ali təhsilə, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji təcrübəyə malik olmalıdırlar. Həmçinin bu vəzifə üçün orta ixtisas təhsili və məktəbəqədər təhsil müəssisəsində 5 ildən az olmayaraq pedaqoji təcrübə tələb olunur.
Məlumat üçün bildirək ki, məktəbəqədər təhsil müəssisəslərinə rəhbər təyinatı, işçi qəbulu müsabiqə yolu ilə həyata keçirilmir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1919 Tarix: 12 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabr