Maqomedali Maqomedova Azərbaycanın "Dostluq" ordeni, Murad Kajlayeva Prezidentin fəxri diplomu təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasının uzun illər rəhbəri olmuş, ümummilli lider Heydər Əliyevlə birgə çalışmış, Azərbaycana yüksək ehtiram bəsləyən Maqomedali Maqomedov "Dostluq" ordeni və SSRİ xalq artisti, görkəmli bəstəkar və dirijor, uşaqlıq və gənclik illəri Azərbaycanda keçmiş Murad Kajlayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən "Report"a verilən məlumata görə, səfir Polad Bülbüloğlu bununla bağlı Dağıstan Respublikasına səfər edib, Dağıstanın rəhbəri Sergey Melikov, Maqomedali Maqomedov və Murad Kajlayevlə görüşüb.
S.Melikovla görüş zamanı Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, eləcə də Yaraq-Qazmalar (Rusiya Federasiyası) – Samur (Azərbaycan Respublikası) dövlət sərhəd keçid məntəqəsi ərazisində mövcud vəziyyət müzakirə olunub.
Polad Bülbüloğlu Dağıstanın rəhbərini ölkəmizə səfərə dəvət edib.
Səfir M.Maqomedovla görüşdə ali mükafatı ünvan sahibinə təqdim edib, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərini qeyd edərək ona Prezident İlham Əliyevin təbriklərini çatdırıb. M.Maqomedov xalqımız, ümummilli lider Heydər Əliyev haqqında yüksək fikirlər söyləyərək, onunla birgə çalışdığı illəri xatırladıb. Həmçinin Azərbaycanın 90-cı illərdə üzləşdiyi çətinlikləri yada salaraq qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyev ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxarıb və Azərbaycan inkişaf yoluna qədəm qoyub. Bu gün də bu yolun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
M.Maqomedov göstərilmiş yüksək diqqətə görə dövlət başçımıza dərin təşəkkürünü bildirib.
M.Kajlayevə fəxri diplomun təqdimetmə mərasimi "Xüsusi istedadlı uşaqlar üçün M.Kajlayev adına Respublika İncəsənət Məktəbi"ndə keçirilib. Məktəb xorunun ifasında öncə Azərbaycan, Rusiya və Dağıstanın himnləri səsləndirilib. Daha sonra isə Polad Bülbüloğlunun "Eşq və ölüm" baletindən musiqi parçaları, eləcə də Tofiq Quliyevin Bakı haqqında mahnısı ifa olunub.
Səfir Prezident İlham Əliyevin Murad Kajlayevə ünvanlanmış təbrik məktubunu oxuyub və Prezidentin yubilyara xoş arzularını çatdırıb.
Öz növbəsində M.Kajlayev Prezidentimizin ali ünvanına xoş sözlər səsləndirib və ona dərin təşəkkürünü bildirərək, Bakı ilə bağlı əziz xatirələrini bölüşüb. Bundan əlavə, bəstəkar şəxsi arxivindən vaxtilə rəhbərlik etdiyi orkestrin "akademik" statusu alması ilə bağlı ümummilli lider Heydər Əliyevin ona ünvanladığı 1993-cü ilə aid təbrik məktubunu Polad Bülbüloğluna təqdim edib. Səfir sözügedən əmanəti Heydər Əliyev Fonduna təqdim edəcəyini bildirib.
M.Maqomedov və M. Kajlayev ilə keçirilmiş görüşlərdə Dağıstanın rəhbəri Sergey Melikov da iştirak edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri