"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib

"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilibBakı Şəhəri üzrə Təhsil İdarəsi və "Qafqazinfo" xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn "Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Nəsibov, "Qafqazinfo" xəbər portalının baş direktoru Elbrus Ərud, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Nar" şirkətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qazi müəllimlər, KİV təmsilçiləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva yetişməkdə olan nəsillərə vətənpərvərlik hisslərinin aşılanmasının məktəblərin qarşısında duran ən vacib vəzifələrindən biri olduğunu, müəllimin təlim-tərbiyə prosesindəki rolunun, tövsiyələrinin, davranışının şagirdlərin şəxsiyyət kimi formalaşmasında çox mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, müəllimin həm də əlinə silah alıb Vətənin müdafiəsinə qalxması, düşmənə qarşı canını sipər etməsi yetirmələri üçün bir başqa nümunə, əsl həyat örnəyidir.

İdarə müdiri Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin həyat və fəaliyyətini, döyüş yolunu geniş ictimaiyyətə çatdırmağın, günümüzün qəhrəmanlarını təbliğ etməyin vacibliyinə toxunaraq bildirb ki, bu baxımdan "Qazi müəllimlər" kitabı millətin gələcəyi olan uşaqlara bilik və bacarıqlar aşılayan, Vətən üçün layiqli şəxsiyyət yetişdirən müəllim obrazını fərqli tərəfdən təqdim etmək imkanı yaradır.

M.Vəliyeva kitabın təhsilalanlar və təhsilverənlər, eləcə də geniş oxucu auditoriyası üçün məktəb divarları arasında fədakar əməyi ilə seçilməklə yanaşı, həm də cəbhədə, soyuq səngərlərdə Vətən savaşında şücaət göstərən müəllimlərimizi tanımaq, onların nümunəvi fəaliyyətinin öyrənilməsi baxımından istinad mənbəyi olacağını qeyd edib.

"Qafqazinfo" xəbər portalının baş direktoru Elbrus Ərud çıxışı zamanı 44 günlük Vətən Müharibəsinin Azərbaycan məktəblilərinə dövrümüzün real qəhrəmanlarını tanımaq şansı verdiyini, canını Vətən üçün sipər edənlər arasında müəllimlərin də yer aldığını bildirib. E.Ərud paytaxt məktəblərinin 38 muəlliminin öz yetirmələri ilə çiyin-ciyinə vuruşduğunu, onların yazdığı bu tarixi salnamənin məktəblilərin gozləri qarşısında gercək qəhrəmanların yaranmasına səbəb olduğunu vurğulayıb. Ümid etdiyini bildirib ki, qəhrəman muəllimlərə həsr olunan kitab gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid kitabı Vətən Müharibəsi qaziləri ilə bağlı hazırlanmış ilk nümunələrdən biri olaraq yüksək dəyərləndirib. Qeyd edib ki, Qarabağ savaşına yollanaraq zəfərlə geri dönən Azərbaycan müəlliminin qəhrəmanlıq dastanının təcəssümü olan kitab müəllim şəxsiyyətinin mətin və bütöv obrazının tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən qazi müəllim, Bakı şəhəri 221 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov çıxış edərək Qarabağ zəfərini yazanlar sırasında payı olmaqdan sonsuz qürur duyduğunu ifadə edib. B.Hüseynov müəllimlərin məktəbdən, sinif otaqlarından cəbhəyə, savaş meydanına doğru gedən həyat yolunu işıqlandıran "Qazi müəllimlər" kitabını onlara verilən dəyərin ən parlaq nümunələrindən biri kimi qiymətləndirib.

Tədbirdə çıxış edən "Nar" şirkətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov təmsil etdiyi qurumun milli-mənəvi dəyərlərə, yetişən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verdiyini, bu istiqamətdə həyata keçirilən layihələrə daim hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, "Nar"ın sponsorluğu ilə işıq üzü görən və müəllim şəxsiyyətinin bir çox tərəflərini açmağa imkan verən "Qazi müəllimlər" kitabı geniş oxucu kütləsinin stolüstü kitabı olacaq.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında təhsil işçilərinin də Vətən Müharibəsində xalqımızın hər bir nümayəndəsi kimi Ali Baş Komandanın çağırışına qoşulduğunu, yüzlərlə müəllim və digər təhsil işçilərinin ön cəbhəyə atılaraq düşmənə layiqli dərs verdiyini diqqətə çatdırıb. E.Nəsibov "Qazi müəllimlər" kitabını Qarabağ savaşından üzüağ çıxan, zəfər tarixinə öz imzasını atan müəllimlərə olan minnətdarlıq duyğusunun ifadəsi kimi dəyərləndirib. Bildirib ki, Təhsil Nazirliyinin prioritetləri sırasında daha vətənpərvər və yüksək bilikli gəncliyin yetişdirilməsi əsas yerlərdən birini tutur. Bu baxımdan qazi müəllimlərin təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.

Mərasimin sonunda BŞTİ-nin nəzdindəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin xorunun ifasında "Zəfər mahnısı" səsləndirilib.
"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib"Qazi müəllimlər" kitabının təqdimat mərasimi keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1040   Tarix: 13 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr