Şəhid Ülvi Hacıyevin doğum günüdür - FOTO
Bu gün Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olan Ülvi Hacıyevin doğum günüdür.
Sonxeber.az oxucuları onunla daha yaxından tanış etmək istəyir.
Ülvi Hacıyev 13 noyabr 1994-cü il tarixində Suraxanı rayonunda anadan olub. 2001-2012-ci illərdə həmin rayonun R. Ənnağıyev adına 141 nömrəli tam orta məktəbində təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oxuyub. 2016-2018-ci illərdə isə həmin universitetdə "biznesin idarə edilməsi" üzrə magistr dərəcəsi alıb. 2019-cu ildən Dövlət Gömrük Komitəsinin (DGK) Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin postunda çalışırıb.
Ülvi Hacıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Hacıyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhadətə ucalıb.
Uzun müddət nəşi tapılmayıb. 05.12.2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.
Ülvi Hacıyev subay olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamı ilə Ülvi Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamı ilə Ülvi Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(05.11.2021) - "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(05.11.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)


ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri