Arzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLAR

Arzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARAzərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında geniş təmsil olunub.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya "Şərəf mükafatı" təqdim olunub.

Mükafatı Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.

Arzu xanım Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirib: "Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Festivalda təqdim olunan "BİZ" filmi Qarabağ Zəfərinə həsr olunub.

"Korkut Ata" mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir. Yaşasın, Türkiyə-Azərbaycan birliyi, Qarabağ Azərbaycandır!".

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb.

Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin "Miras", "Sonuncu" və "BİZ" filmləri festivalın geniş auditoriyasına təqdim edilib.

Türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş etdirildiyi festivalın əsas məqsədlərindən biri ortaq audiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. "Korkut Ata" Festivalının gələcəkdə Türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti "Korkut Ata" Türk Dünyası Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Festival çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb. Bəyanatda "Korkut Ata" Türk Dünyası Film Festivalının gələcəkdə qeyd olunan ölkələr tərəfindən davamlı olaraq keçirilməsi, sözügedən türk dövlətləri arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən kino sənayesinə dəstək göstərən birgə fondun yaradılması, müştərək filmlərin çəkilməsi, təhsillə əlaqədar ortaq layihələrin həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov festivalın keçirilməsinə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib.

Qeyd edilib ki, bu festival ortaq adət-ənənə, mədəniyyət və bir çox digər dəyərlərimizin nəinki türk dövlətlərində, eləcə də bütün dünyada tanıdılmasına vəsilə olacaq. Bu bəyanatla film və serial sahəsində əməkdaşlığımız güclənəcək və birgə layihələrə imza atacağıq.

Anar Kərimov 2023-cü ildə təşkil olunacaq festivalın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcəyini bildirib.

Təqdimetmə mərasimində türkdilli dövlətlərin milli rəqsləri ifa edilib, festivalın tanıtım videoçarxları nümayiş olunub.

Mərasimdə çıxış edən Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy burada verilən ən sevindirici xəbərin festivalın 2023-cü ildə Azərbaycan tərəfindən Şuşada, sonra da digər ölkələrdə keçirilməsi ilə bağlı alınan qərarın olduğunu bildirib.

Sonra digər mükafatlar təqdim olunub.

Daha sonra "BİZ" filmi təqdim edilib.

Festivalda sənədli və bədii film kateqoriyalarında mükafatlar təqdim edilib. "Ən yaxşı bədii film" mükafatı Azərbaycan filminə verilib. Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi "Ən yaxşı bədii film" seçilib.

Arzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLARArzu Əliyevaya Türkiyədə mükafat verildi - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1644   Tarix: 13 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr