Ceyhun Bayramovdan Ermənistana SƏRT XƏBƏRDARLIQ: "Cavab verəcəyik"
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı son təxribatı barədə "Anadolu" agentliyinə açıqlama verib.
O, regionda sabitliyin və inkişafın təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın konstruktiv mesajlarını xatırladıb.
"İki liderin bu mesajları son dərəcə vacibdir. Ermənistanın sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş bu mesajlara necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə İrəvan administrasiyasından asılıdır. Bu, indi Ermənistan siyasətinin üzərinə düşən məsələdir. Ümid edirik ki, bu, düzgün seçimdir.
Təəssüf ki, biz hələ də Ermənistanın revanşist bəyanatlarının şahidi oluruq. Hələ də torpaq iddiaları ilə bağlı açıqlamalarını eşidirik. Bunlar çox təhlükəli bəyanatlardır. Biz erməni siyasətçiləri daha ağıllı və daha məsuliyyətli hərəkət etməyə çağırırıq.
Əgər hiss etsək ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməyib, Azərbaycana qarşı hansısa təhlükəli addım atarsa, biz cavab verəcəyik. Bizim seçimimiz regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin edilməsidir", - deyə o qeyd edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3134 Tarix: 17 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11 noyabrAzərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir
"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir
11 noyabrİki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11 noyabr"Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
9 noyabrTürkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah
9 noyabrZəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
11 noyabr