Ağdam gözəl məkana çevriləcəkdir
44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdi. Cənab Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi sayəsində düşməni kapitulyasiya aktına - üçtərəfli bəyanata imzalamağa vadar etdi. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir itki verilmədən, döyüş əməliyyatları aparılmadan Azərbaycana təslim edildi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.
Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan çıxmasını nəzərdə tutan 853 saylı qətnamə də məhz Azərbaycanın şərtləri ilə icra edildi.
Birinci Qarabağ müharibəsi zamanı düşmən Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Ağdamın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə minlərlə insan şəhid olmuş, yaralanmışdır.
İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edildi. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edildi. Təsadüfi deyil ki, jurnalistlər Ağdam şəhərini "Qafqazın Xirosiması" adlandırıblar.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Artıq Ağdam şəhəri bir ildir ki, azaddır. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir.
Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qonşuluqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Aysel Mənsimova – YAP üzvü
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri