Saakaşvilinin son vəziyyəti necədir?
"Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili çətinliklə hərəkət edir. Üstəlik onun dərisinin saraldığı aydın şəkildə sezilməyə başlayıb".
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.
Onun özlərinə görə, Saakaşvilinin dərisinin saraldığı digər günlərlə müqayisədə daha aydın hiss olunur. Buna səbəb isə siyasətçinin uzun müddətdir aclıq aksiyası keçirməsidir.
Həkim bildirib ki, ən son Saakaşvilini ziyarət etdikdə o, görüş üçün otağa gələ bilməyib və həkim onun yanına palataya qalxıb.
Qeyd edək ki, Saakaşvili üçün yaradılmış xüsusi həkim qrupu keçmiş Prezidentin kritik vəziyyətdə olduğunu bəyan edib. Bildirilir ki, həbsxana xəstəxanası yaxşı təchiz olunmasına baxmayaraq, bura bu cür kritik vəziyyətdə olanların müalicəsi üçün uyğun deyil.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-i saxlanıldığı gündən aclıq aksiyası keçirir. O, səhhəti ilə bağlı 12 saylı Rustavi həbsxanasından Tbilisidə yerləşən 18 saylı həbsxanaya köçürülüb. Saakaşvili orada cəzaçəkmə müəssisəsinin xəstəxanasına yerləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1459 Tarix: 18 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrLənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrKüləklə bağlı - Xəbərdarlıq
Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət
12 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr