Savadlı, işini bilən, dürüst və səmimi bir gənc ananı itirdik biz........

Savadlı, işini bilən, dürüst və səmimi bir gənc ananı itirdik biz........Əlizadə Aygün Məcid qızı...Savadlı, işini bilən, dürüst və səmimi bir gənc ananı itirdik biz.

1992-ci il iyul ayının 11-də Yevlax rayonu Rüstəmli kəndidə anadan olan Aygün Əlizadə, elə həmin kəndin məktəbini bitirir və 2010-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünanslıq fakültəsinə qəbul olur.

2014-cü ildə Universiteti bitirən Aygün Əlizadə 2015 ci mart ayının 24-də çox sevdiyi İlqar bəylə ailə həyatı qurur. Bu möhtəşəm cütlük, 2016-ci il fevral ayının 20-də Ümid adlı gözəl oğlan uşağının valideyinlərinə cevrilirlər.
Savadlı, işini bilən, dürüst və səmimi bir gənc ananı itirdik biz........İlqar bəy 2010-cu ildən hərbiçidir və hazırda Heydər Əliyev adına Ali Hərbi Məktəbin tədris şöbəsində texnik vəzifəsində çalışır.
Savadlı, işini bilən, dürüst və səmimi bir gənc ananı itirdik biz........2018-ci ilə qədər Aygün, ölkəmizdə keçirilən tədbirlərdə, seminarlarda iştirak etməklə yanaşı, bir neçə xəbər saytlarında könüllü olaraq çalışdıqdan sonra 2019-cu ildən Press.az xəbər saytında xəbərlərin hazırlanmasında böyük işlər görür. Qısa zamanda bir neçə uğura imza atan Aygün Məcid qızı Əlizadə gələcəkdə daha da uğur qazana biləcək işlər üzərində çalışır.
Savadlı, işini bilən, dürüst və səmimi bir gənc ananı itirdik biz........Lakin..... 30 oktyabr 2021-ci ildə ölkəmizdə yayılan təhlükəli virus "Covid-19"-a yoluxduğunu hiss edərək həkimə müraciət edir. Gözləmədiyi halda testinin nəticəsi "Pozitiv" çıxır. O, hamilə olduğu üçün "Koronavirus" əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilmir. Hamiləlik dövründə həkimlərin daha həssas yanaşacağı tərzdə müalicəyə başlayır. Lakin müalicə effektsiz olduğu üçün Aygünün vəziyyəti ağırlaşır.

08 noyabr 2021-ci taxirində o, Yevlax rayon xəstəxanasının Təcili Tibbi Yardım avtomobili ilə 16-17 həftəlik hamiləlik , "Covid-19" təstiqi ilə, Bakıya 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) gətirilir.

Xəstəxanaya daxil olduqda Aygünün vəziyyəti olduqca ağır qiymətləndirilir və o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilərək köməkçi tənəffüs aparatına qoşulur.

Həkimlərin ciddi nəzarətində müalicəsi davam etdirilən gənc ananın vəziyyəti 08-09 noyabr 2021-ci il tarixlərində ağır olaraq qiymətləndirilir. 10 noyabr 2021-ci il tarixində Aygünün səhhətində daha da ağırlaşma baş verir və o, süni tənəffüs aparatına huşu qapalı halda qoşulur.

16 noyabr 2021-ci il tarixinə qədər huşu qapalı, süni tənəffüs aparatına qoşulu halda ciddi müalicəsi davam etdirilən Aygün Məcid qızı Əlizadə, hələ doğulmamış körpəsi ilə birlikdə dünyasını dəyişir......

O, ailəsinin istəyi ilə Yevlax rayonunda torpağa tapşırılır....

Aygünün geridə qoyduğu isə, Press.az xəbər saytı, əzizləri, gözü yaşlı həyat yoldaşı və 5 yaşlı hələdə olanlardan xəbərsiz oğlu var......

Allahdan Aygünümüzə rəhmət, yaxınlarına səbir diləyirik......


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7326   Tarix: 18 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Azərbaycançılıq ideyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və gələcəyimizin əsas təməli

". Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən fundamental ideoloji məfkurədir. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin vahid amal, ümum

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr
.

Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi

Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr

12 noyabr
.

Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Boşanma zamanı ər-arvad arasında yaranan ən ciddi mübahisələrdən biri nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlı olur. Xüsusilə ailə qurduqdan sonra alınan evin kimin mülkiyyətində qalacağı, mənzilin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinin bölgüyə necə təsir edəcəyi və ipotek

12 noyabr
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət

12 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr