Narkoman anasından bezib polisə şikayət edən 10 yaşlı qızın son durumu AÇIQLANDI
Azərbaycanda narkoman anasından bezib polisə şikayət edən 10 yaşlı uşaqdan yeni xəbər var.
Oxu.Az xəbər verir ki, uşaq polisə müraciət edib sığınacağa yerləşdirilməsini istəmişdi.
Məsələ ictimailəşdirildikdən sonra aidiyyəti qurumlar məsələni ciddi nəzarətə götürüb.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz həyatı üçün mübarizə aparan 10 yaşlı qız barədə yeni paylaşım edib:
"Qızımız bu gün tibbi ekspertizadan keçirildi. Artıq anasının narkotik tələbatı üçün pul tapmaq məcburiyyətində olmadığı üçün hədsiz sevinclidir. Onun məsələsi ilə bağlı yerli icra hakimiyyəti, prokurorluq orqanları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur. Bu gün ilk dəfədir sığınacaqda uşaqlarla birlikdə əyləncə mərkəzinə gedib. Hər şeyin daha gözəl olacağına inanırıq".
Qeyd edək ki, anası və nənəsi ilə yaşayan 10 yaşlı qız uzun müddət küçələrdən pul gətirməyə məcbur edilib. Azyaşlı anasının narkotik istifadəçisi olduğunu deyərək polisə müraciət edib. Azyaşlı həmçinin anasının onu döydüyünü, işgəncələr verdiyini iddia edib. Polis əməkdaşları isə uşağın təhlükəsizliyini təmin edərək onu "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə təhvil verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2352 Tarix: 18 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrLənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrKüləklə bağlı - Xəbərdarlıq
Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət
12 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr