Diasporumuz "De Volkstrant" qəzetindən kobud səhvin düzəldilməsini tələb edib

Diasporumuz "De Volkstrant" qəzetindən kobud səhvin düzəldilməsini tələb edibNiderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi yerli "De Volkstrant" qəzetinin ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumat yaymasına etirazını bildirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın qəzetin rəhbərliyinə ünvanladığı məktubda bildirilib ki, Azərbaycan əsilli niderlandlılar Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları barədə dürüst məlumatların dərc olunmasını vacib hesab edirlər. Münaqişələrin həssas mövzu olduğunu və onlara fərqli maraqlar baxımından yanaşıldığını xatırladan birlik sədri vurğulayıb ki, belə xəbərlər dürüst və qərəzsiz şəkildə təqdim edilməlidir. "Faktla uydurmanın bir-birinə qarışdığı dövrdə "De Volkskrant" kimi media quruluşu obyektivliyə haqq qazandırmalıdır", - deyə məktubda vurğulanıb.

Nəzərə çatdırılıb ki, jurnalist Karlin van Eşin müəllifi olduğu məlumatda yazdığı "On minlərlə erməni öldürüldü, bundan sonra qonşu Ermənistan müdaxilə etdi və Dağlıq Qarabağı tutdu" iddiası yalandır, üstəlik, bu uydurmanı tarixi fakt kimi göstərmək yolverilməz haldır:

"Belə həssas mövzuda yazan jurnalist tarixə daha yaxşı bələd olmalıdır. Burada "on minlərlə erməninin qətli"ndən söhbət gedə bilməz. Belə hadisə tarixdə olmayıb. Çünki bütün Dağlıq Qarabağ ərazisində cəmi 150 min əhali var idi. Jurnalistin məlumatından belə çıxır ki, ərazinin əhəmiyyətli bir hissəsi "qətlə yetirilib".

Birlik qəzet rəhbərliyindən kobud səhvin dərhal düzəldilməsini tələb edib.\oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 960   Tarix: 19 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr