Təhlükəli xəstəliyin fəsadları: "Qara kif" nədir və sağlamlığımıza necə təsir edir?

Təhlükəli xəstəliyin fəsadları: "Qara kif" nədir və sağlamlığımıza necə təsir edir?Hindistanda "qara kif" xəstəliyinin yayılması bir çox ölkədə təşvişə səbəb olub. Bu diaqnozu olan xəstələrin gözlərini, burnunu və üzünün digər hissələrini çıxaran həkimlərin hekayələri çoxlarını dəhşətə gətirib.

Media.Az bu barədə həkimlərlə söhbət edib. Məlum olub ki, bu infeksiya bir əsrdən artıqdır ki, mövcuddur və Azərbaycanda dəfələrlə rast gəlinib.

Kardioloq Zaur İslamov bildirib ki, bu infeksiyaya əsasən torpaqda, həmçinin çürüyən bitkilərin, meyvə-tərəvəzin səthində yaşayan mikroskopik göbələklərlə birbaşa təmas nəticəsində yoluxmaq mümkündür.
Təhlükəli xəstəliyin fəsadları: "Qara kif" nədir və sağlamlığımıza necə təsir edir?"Xəstəlik tənəffüs yollarında (bronxlar, ağciyərlər, burun-udlaq və burun boşluğu) inkişaf edərsə, öskürək və asqırma zamanı da xəstəliyi ötürmək mümkündür", - deyə Z.İslamov bildirib.

Bir qayda olaraq, "qara kif" güclü immuniteti olan insanlar üçün təhlükəli deyil.

İnfeksionist Polina Əliyeva vurğulayıb ki, "qara kif"ə yoluxanların 98 faizi virus infeksiyaları, HİV infeksiyası, şəkərli diabet kimi xəstəliklərə yoluxanların payına düşür.
Təhlükəli xəstəliyin fəsadları: "Qara kif" nədir və sağlamlığımıza necə təsir edir?Şəkərli diabet xəstələri arasında mukormikoz daha çox uzun müddət şəkərli diabetdən əziyyət çəkən, lakin müntəzəm profilaktik müalicədən keçməyən və diabetik dərmanların dozasına nəzarət etməyənlərdə rast gəlinir.

Risk qrupuna həmçinin bu xəstələr də daxildir:

- trofizmin pozulması ilə (xroniki ürək-damar xəstəlikləri və şəkərli diabetdə baş verir);

- qanda dəmir səviyyəsinin artması ilə;

- immunosupressiv terapiya alanlar (bir qayda olaraq, xərçəng xəstələri və HİV xəstələri);

- nəzarətsiz miqdarda steroid dərman qəbul edənlər.

İnfeksionist Sahib Atakişiyev təcrübədə "qara kif"li yalnız bir xəstə ilə qarşılaşdığını bildirib. Onun sözlərinə görə xəstə 60-70 yaşlarında şəkərli diabet xəstəsi olub. O, həyətdə gəzən zaman gözünün içinə ağac budağı girib, sonradan aldığı zədə irinləməyə səbəb olub.
Təhlükəli xəstəliyin fəsadları: "Qara kif" nədir və sağlamlığımıza necə təsir edir?"Antibakterial müalicə aparıldı, amma nəticəsiz qaldı. Xəstə görmə qabiliyyətini itirirdi. Sonra biz göbələk əleyhinə dərmanlardan istifadə etdik və bir neçə aydan sonra o, sağaldı", - deyə S.Atakişiyev bildirib.

Zaur İslamov iddia edir ki, xəstəliyin əlamətləri zədələnmiş orqandan asılıdır. Yəni bronxlar və ya ağciyərlər təsirlənirsə, bronxopulmoner xəstəliklər və quru öskürək; dəri təsirlənirsə - dermatit, tərdən bişmə, səpgi və xoralar "qara kif"in əlaməti ola bilər.

Göbələk pnevmoniyası, gözlərin şişməsi və yanaqlarda uyuşma da qorxulu xəbərdarlıq sayılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1990   Tarix: 19 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr