"Məndən bir manat aldı ki, marketə gedirəm" - Orxanın qətlinin təfərrüatı

"Məndən bir manat aldı ki, marketə gedirəm" - Orxanın qətlinin təfərrüatıXəbər verdiyimiz kimi, ötən gün Mingəçevirdə məktəbli Kərimov Orxanın ölümü ilə nəticələnən cinayət hadisəsi baş verib.

"Qafqazinfo"ya danışan yeniyetmənin ailə üzvləri hadisənin təfərrüatı ilə bağlı məlumat veriblər.

Orxanın anası Kərimova Atlasın sözlərinə görə, hadisə baş verməzdən öncə, oğlu evdən çıxın marketə gedibmiş:

"Orxan dedi ki, ana, mənə bir manat ver, gedib marketdən sup alıb gətirim yeyim. Ət yeyən deyildi, dedim, get al, gəl. 15-20 dəqiqə keçdi, gördüm ki, balam gəlmədi. Əkiz qardaşı Ayxan qaçıb gəldi ki, ana, Orxan evdə yoxdur? Evdən çıxdım ki, Əlvan beş dəfə tapançadan atəş açaraq balamı qanına qəltan edib. Araşdırsanız, özünüz də görəcəksiniz ki, narkomandır, bura gələndən birini bıçaqlayıb, birini baltalayıb. Bir sözlə, qəsəbəyə gələndən dünyanı dağıdır".

"Məndən bir manat aldı ki, marketə gedirəm" - Orxanın qətlinin təfərrüatıQətlə yetirilən Orxanın əkiz qardaşı Ayxan isə hadisəni belə xatırlayır:

"Orxanla evdə oturmuşduq, marketə getdi, mən də arxasınca yollandım. Marketin qarşısına çatanda silah səsi eşitdim. Qabağa qaçanda gördüm ki, heç kəs yoxdur. Gördüm ki, qardaşımın meyiti yerdədir, öldürüb tullayıb ora".

Məlum olub ki, qətli törədən Əlvan Qasımov daha əvvəl də yaşadıqları "Yeni həyat" qəsəbəsində daha bir yeniyetmənin sağlamlığına zərər vurub. Bu iddia ilə qəsəbə sakini İsmayılova Mahirə çıxış edib:

"Özüm Xocalı sakiniyəm, uşağım ruhi xəstədir. Oğlumu üç nəfərlə qruplaşıb döyüb, çənəsini sındırmışdılar. Hazırda oğlumun çənəsində həmin zədə qalır. Oğlum cavandır, buna görə də şikayətçi olmadı. Amma bir ana kimi mənim sinəmdə o hadisə yara kimi qalıb. Əlvana ömürlük cəza verilməlidir. Bu, artıq onun törətdiyi neçənci cinayətdir".

"Məndən bir manat aldı ki, marketə gedirəm" - Orxanın qətlinin təfərrüatıQeyd edək ki, rəsmi məlumata görə, Əlvan Qasımov məktəblini şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə "Makarov" tipli tapança ilə 5 dəfə atəş açaraq qətlə yetirib.

O, hadisədən sonra polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7360   Tarix: 19 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr