Azərbaycanın Rusiyadakı Səfirliyi: Ermənistan hərbi-siyasi təxribata əl atır

Azərbaycanın Rusiyadakı Səfirliyi: Ermənistan hərbi-siyasi təxribata əl atır"Bu il noyabrın 16-da Ermənistan hərbi-siyasi təxribata əl ataraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərinə genişmiqyaslı hücuma cəhd edib. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin ağır hərbi və artilleriya texnikasından istifadə etməklə hücumun qarşısını almaq üçün adekvat və təsirli tədbirlər həyata keçirib. Toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb. Bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əvvəlcədən planlaşdırılmış və məqsədyönlü təxribatıdır. Vəziyyəti gərginləşdirmək üçün Kəlbəcər və Laçın rayonları istiqamətində bir sıra yüksəklikləri ələ keçirməyə və bununla da hərbi üstünlük əldə etməyə cəhd edildi".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda, həmçinin Ermənistan Silahlı Qüvvələrinin digər təxribat xarakterli əməlləri də qeyd olunub: "44 günlük müharibədə ağır məğlubiyyətin əvəzini çıxmaq üçün Ermənistan Azərbaycan ordusunun bölmələrinə qarşı ardıcıl təxribatlara başlayıb. Noyabrın 6-7-də Ermənistanın keçmiş müdafiə naziri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qeyri-qanuni səfər edib və bir sıra qızışdırıcı və təxribat xarakterli hərəkətlərə yol verib. Bu il noyabrın 19-da isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə məxsus mühəndis texnikasını atəşə tutub. Həmin gün Ermənistan tərəfi Laçın rayonunun Qaragöl gölü ətrafında Azərbaycanın mövqelərinə gedən yola 60 nəfərlik hərbi qulluqçu yerləşdirməyə cəhd edib. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi mühasirəyə alınıb. Rusiya tərəfinin xahişini nəzərə alan Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək erməni hərbçilərin geri qayıtmasına şərait yaradıb. Bu il noyabrın 13-də Şuşa şəhəri yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinə qarşı qumbaraatan ataraq növbəti terror aktı törədiblər. Nəticədə 3 hərbçi yaralanıb".

"Yuxarıda deyilənlərdən göründüyü kimi, regionda gərginliyin artmasına görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və o, sərhəddə həyata keçirilən hərbi avantüraya paralel olaraq beynəlxalq aləmdə Azərbaycana qarşı yalan və qaralama kampaniyasını davam etdirir. Azərbaycan suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistanı əsassız iddialara son qoymağa çağırır. Tanınmış sərhədlər Ermənistanı ikitərəfli dövlətlərarası münasibətlərin qurulması üçün konstruktiv addımlar atmağa, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasına məcbur edir", - səfirlikdən bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1586   Tarix: 19 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr