Qarabağa böyük qayıdış nə zaman olacaq? - AÇIQLAMA

Qarabağa böyük qayıdış nə zaman olacaq? - AÇIQLAMAİstiqamət: Qarabağa böyük qayıdış

"Azərbaycan Vətən müharibəsində qələbəsindən sonra Qarabağa qayıdış istiqamətində çox böyük, ciddi addımlar atdı. Təbii ki, cənab Prezidentimizin rəhbərliyi ilə artıq işğaldan azad olunan rayonlarımızda böyük bərpa və yenidənqurma işləri həyata keçirilir".

Bu sözləri Sonxeber.az-a açıqlama verən deputat Ceyhun Məmmədov deyib.

O bu gün görülən işlərin olduqca əhəmiyyətli olduğunu vurğulayıb:

"Burada kompleks yanaşma olmalıdır. Əgər vətəndaş köçürülürsə onun orada məktəbi, xəstəxanası, baxçası, yaşayış yeri olmalıdır. Hamımıza məlum olduğu kimi, ermənilər bu ərazilərdə bütün infrastrukturu, yaşayış binalarını, məktəbləri, baxçaları, xəstəxanaları dağıdıblar. Bütün bunlar onu göstərir ki, Qarabağda çox böyük işlərin görülməsinə ehtiyac var və artıq biz bir neçə aydır ki, cənab Prezidentin davamlı olaraq bu ərazilərə səfər etdiyinin şahidi oluruq.

İlk belə rayonlardan biri Ağdam oldu. Ağdamda çox ciddi işlər görülür. Sonrakı mərhələdə isə Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda da bu istiqamətdə addımlar atılıb, çox böyük bərpa və quruculuq işləri aparılır. Eləcə də Şuşa haqqında deyə bilərik ki, Şuşada da bu gün bir çox qədim tarixi abidələrimiz, otellər bərpa olunub.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qısa müddətdə bu əraziləri dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevirəcək.

Burada bir neçə məqamı da qeyd etmək lazımdır. Bu proseslər cənab Prezidentin qətiyyətini, prinsipini göstərir, eyni zamanda da Azərbaycan dövlətinin gücünü və qüdrətini əks etdirir.

Bu gün bu layihələri Azərbaycan özü öz hesabına həyata keçirir, halbuki dünyada belə bir təcrübə var ki, bir sıra hallarda işğaldan azad olunan ərazilərə beynəlxalq qurumlar tərəfindən müəyyən dəstək olunur, vəsaitlər ayrılır. Amma Azərbaycan bütün bu işlərin hamısını özü həyata keçirir. Biz xeyli işləri görmüşük. Demək olar ki, bu ərazilərdə ilkin təməllər qoyulub.

Bir də burda bir məsələni də qeyd etmək lazımdır ki, cənab Prezident özü bütün bu prosesi tam nəzarətində saxlayır. Ötən aylarda cənab Prezidentin intensiv səfərlərinin şahidi olduq. O, işğaldan azad olunma günlərində etdiyi səfərlər zamanı orada görülən işlərlə tanış oldu, quruculuq-bərpa işlərinə birbaşa özü nəzarət etdi.

Elə bölgələr var ki, ora bir neçə dəfə səfər edib. Hər səfərində də, qeyd etdiyim kimi, obyektlərin yeni təməl qoymalarının şahidi oluruq. Bu onu göstərir ki, eyni zamanda Azərbaycan qısa müddətdə öz vətəndaşlarının doğma yurda qayıdışını təmin edəcək. O günlər uzaqda deyil.

Fürsətdən istifadə edib, vətəndaşlara da tövsiyə edirəm ki, səbirli olsunlar. Biz Allahın izni ilə bir neçə ilə öz yurd-yuvamıza qayıdacağıq. Hazırda təhlükəsizliklə bağlı məsələlər var. Bilirsiniz ki, ermənilər torpaqlarımıza çox sayda minalar basdırıblar. Qarşıda bu minaların təmizlənməsi kimi mühüm bir vəzifə var. Yəni böyük qayıdış üçün ilk öncə təhlükəsizliklə bağlı məsələlər tam həllini tapmalıdır".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

Qarabağa böyük qayıdış nə zaman olacaq? - AÇIQLAMAZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4615   Tarix: 20 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

11 noyabr