Azərbaycanda karantin niyə sərtləşdirilmir? - AÇIQLAMA
"Vaksinasiya prosesi başlayandan etibarən bir neçə dəfə yoluxma hallarında ciddi artımlar müşahidə edilib. Buna baxmayaraq, karantin sərtləşdirilməsinə gedilməyib. Buna səbəb ölkədə aparılan vaksinasiya prosesinin müsbət nəticə verməsidir".
Oxu.Az xəbər verir ki, bu sözləri TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
O bildirib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi:
"İndi isə vəziyyət fərqlidir. Vaksinasiyanın effektivliyini göstərən ən yaxşı nümunə məhz budur. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün həkimlərin də tövsiyəsinə uyğun olaraq buster doza vaksini vurdurmalıyıq", - deyə o qeyd edib
Ölkəmizdə bu günə kimi həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsində tibb personallarının xidmətlərindən danışan Y.Qarayeva bildirib ki, pandemiya ilə mübarizəyə ölkə üzrə 43 551 tibb personalı cəlb olunub:
"Eyni zamanda 574 könüllü tibb işçisi, eləcə də xaricdən dəvət olunan 380 mütəxəssis bu proseslərə cəlb olunub. Vətən müharibəsi zamanı yaralılara 10 000 tibb personalı, 1300 könüllü, xaricdən dəvət olunan 100 mütəxəssis xidmət göstərib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2684 Tarix: 20 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabr