Məcbur ərə verilən azyaşlı qızlar üçün QAYNAR XƏTT
"Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri" mövzusunda onlayn tədbir keçirilib.
Sonxeber.az xəbər verir ki, Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadlarından iştirakçılara ətraflı məlumat verib.
Erkən nikahlarla üzləşən şəxslərə Komitə yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət etməyi tövsiyə edib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, erkən nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığını nəzərə çatdırdı.
O, erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıb. O, erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və ailədaxili zorakılıq hallarına səbəb olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1609 Tarix: 23 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabr