"Çox arzulayıram, övladım mənə gəlib desin ki... " - Ozal İbrahimli ilə MÜSAHİBƏ

"Çox arzulayıram, övladım mənə gəlib desin ki... " - Ozal İbrahimli ilə MÜSAHİBƏSonxeber.az-ın növbəti qonağı ATV telekanalının Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli olub.

Onunla müsahibəni oxuculara təqdim edirik:

- Özünüzü təqdim edərdiniz.

- Adım Ozal, soyadım İbrahimli. 30 yaşım var, ATV telekanalının "Media və İctimaiyyətlə əlaqələr şöbəsi"nin rəhbəri vəzifəsində çalışıram.

- Uşaqlığınız harda keçib?

- Bakıda doğulmuşam və uşaqlığımı burada keçirmişəm. Əslimiz isə Tovuz rayonundandır. Uşaq vaxtı yay fəslində ən çox ata yurdumuz olan Tovuza gedərdik. Yay tətilinə düşdüyü üçün istirahətimizi çox vaxt Tovuzda edərdik. Amma çox heyif ki, işlərimizlə bağlı artıq oralara tez-tez gedə bilmirik.

- Ən son nə vaxt Tovuzda olmusuz?

- Səhv etmirəmsə, 3 il əvvəl olar.

- Necə şagird olmusunuz? Heç dərsdən qaçmısınız?

- Təbii ki (gülür). İnanmıram ki, bizim vaxtımızda dərsdən qaçmayan şagird olsun. Məktəb vaxtı kənardan çox sakit uşaq kimi görünmüşəm, amma valideyn iclaslarında məndən də şikayətlər olurdu. Bizdə oğlan çox olduğu üçün sinifimizə məşhur türk filmindən götürülən "Hababam sınfı" adı verilmişdi. Əslində belə deyim ki, tərbiyəsiz yox, çox dəcəl idik. Hətta yadıma düşür, məktəb vaxtı belə bir hadisə olmuşdu. Basketbol çempionatı keçiriliridi və biz finala vəsiqə qazanmışdıq. Əgər finalda uduzsaq, məktəbdən çıxıb gedəcəkdik. Beynimizin "qanlı" vaxtları idi. İş elə gətirdi ki, məğlub olduq (gülür). Belə olan halda sinif olaraq birlikdə ərizə yazıb bildirdik ki, hamımız çıxırıq. Hər kəs adının qarşısından imza çəkdi. Mənə çatanda uşaqlar dedilər ki, imza əvəzinə qələmlə əlimi qaralayıb iz qoyum. Mən ərizə vərəqinə iz qoydum. Düzdür, uşaq idik, kim idi bizi ciddiyə alan? Ərizəni cırdılar. Amma məni o izə görə direktorun yanına aparıb danladılar. Günü bu gün də həmin sinif yoldaşlarımızla görüşür, ünsiyyətdə oluruq. Düzdür, hərəmiz bir sahədə işləyirik, elə də vaxtımız olmur, amma mümkün olduqca görüşürük.

- Neçə oldu ki, bu peşəni seçdiniz?

- Mən özüm Azərbaycan Texniki Universitetinin avto-nəqliyyat fakültəsini bitirmişəm. Oxuduğum müddətdə ixtisasıma bir o qədər də marağım olmayıb. Çöldə-bayırda gördüyüm hansısa bir hadisəni maraq olaraq "Facebook" sosial şəbəkəsində paylaşırdım. İnsanlardan maraqlı reaksiyalar, şərhlər alırdım. Özümə də xoş gəlirdi. Hazırda "Azxeber.com" saytının rəhbəri olan Hacıbəy Heydərli ilə uzun illər tanış idik. Mənə birlikdə fəaliyyət göstərməyi təklif edib dedi ki, fərqli ixtisasda oxusam da, məndə bu işə həvəs və maraq görür. Təkliffini qəbul etdim. İşlədikcə gördüm ki, məndə bu, artıq həvəs, maraq yox, peşəyə çevrilir. İllər keçdikcə özümü burada tapdığımı anladım. İnsan sevdiyi işlə məşğul olduqda, uğur özü onu tapır. Hazırda az-çox bir yerlərə gəlib çıxmışamsa, bunda Hacıbəy Heydərlinin zəhməti var.

- Təhsil aldığınız ixtisas seçimində valideynlərinizin təsiri olub, yoxsa öz istəyiniz olub?

- Hər dəfə bu sual mənə veriləndə bir az qəribə oluram. İxtisasımı öz istəyimlə seçməmişəm. Atam da həmin ixtisası bitirib. Onun ən böyük arzularından biri məni polis kimi görmək olub. Mən isə özümü o sahədə görməmişəm. İnsan işlədiyi sahəni sevmirsə, bir müddət sonra bezir. Artıq birinci kursun əvvəllərində gördüm ki, nə qədər mənə desələr də ki, nəqliyyat fakültəsi yaxşıdır, yenə alınmır. Evdən xəbərsiz, Azxeber.com-da çalışmağa başladım. 6-7 ay işlədikdən sonra bildilər və anladılar ki, ixtisasıma marağım yoxdur.

- Bəs niyə əvvəlcədən məhz atanızın oxuduğu ixtisasda oxudunuz?

- Bizim vaxtımızda valideyn hara yönləndirirdisə, ora gedirdik. Özümün incəsənətə bir az marağım olub. O vaxtlar da deyirdilər ki, "Gedib aktyor, müğənni, rejissor və ya incəsənətin başqa bir sahəsini oxuyacaqsan, Nə olacaq? Nə edəcəksən?" Bizdə elə idi ki, ya həkim, ya polis, ya da hüquqşünas olmalısan. Məni o qədər həvəsdən saldılar ki, dedim, hansı sahədə istəsələr, təhsil alaram, amma nəhayətində öz bildiyimi edəcəyəm.

- Bəs övladlarınız üçün necə? Onların ixtisas seçimlərini özlərinin öhdəsinə buraxacaqsız, yoxsa yenə də mentalitetə söykənəcəksiz?

- Yox. Heç vaxt! Düşünürəm, hətta çox arzulayıram, övladım 10-12 yaşlarında mənə gəlib desin ki, hər hansı bir sahəyə həvəsi var. Mən ondan xəbərsiz ona dəstək olaram. Çünki sabah həmin peşəylə o məşğul olacaq və sevdiyi işlə məşğul olduqda uğur qazanacaq.

- Həyata keçən və keçməyən arzularınız hansılardır?

- Futbolçu olmaq istəmişəm, buna həvəs və marağım da çox olub. Amma qismət... Hətta arzu edirəm ki, övladım futbolçu olsun, təbii ki, həvəsi olarsa. Belə isə heç vaxt məcbur etmərəm. Kişi də, qadın da ilk öncə atasının adıyla tanınır. Məsələn, deyirlər, filankəsin oğludur, ya qızıdır. Arzum olub ki, hər yöndə özümə elə hörmət qazanım ki, "filankəsin oğludur" sözünü unutdurum. Düşünürəm ki, o hörmət, az da olsa, qazana bilmişəm. Bu isə mənim üçün həyatda ən böyük xoşbəxtlikdir.

- Sizcə, kişilər daha çox yalan danışır, yoxsa qadınlar?

- Qadınlar daha çox vaxt məsələlərində bunu edirlər. Qadınlar açıq, kişilər isə gizli yalan danışırlar.

- Həyat yoldaşı yoxsa sevgili?

- Sevib ailə həyatı qurursansa, sevgilin sənin həyat yoldaşına çevrilir. Səhv etmirəmsə, yeganə ölkə Azərbaycandır ki, "həyat yoldaşı" ifadəsi var. Həyatının yoldaşını tapmaq isə hər kəsə nəsib olmur. İnsanlar var, ailələri uğursuz olur və boşanma ilə nəticələnir. Məncə, həyatının yoldaşını tapan insan elə ən böyük sevgini qazanıb.

"Çox arzulayıram, övladım mənə gəlib desin ki... " - Ozal İbrahimli ilə MÜSAHİBƏ"Çox arzulayıram, övladım mənə gəlib desin ki... " - Ozal İbrahimli ilə MÜSAHİBƏ"Çox arzulayıram, övladım mənə gəlib desin ki... " - Ozal İbrahimli ilə MÜSAHİBƏ"Çox arzulayıram, övladım mənə gəlib desin ki... " - Ozal İbrahimli ilə MÜSAHİBƏZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5728   Tarix: 24 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr