Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi
Ötən il dekabrın 1-də xalqımız daha bir möhtəşəm qələbə günü yaşadı. Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 illik işğaldan azad olundu və bütün laçınlıların uzun illərdir çəkdiyi yurd-yuva həsrətinə son qoyuldu. Bu böyük qələbəyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun rəşadəti sayəsində nail olundu.
Laçının işğaldan azad edilməsi Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən bir gün kimi yadda qalacaq. Çünki Laçının azad olunması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin tam bərpası təmin edilmiş oldu, erməni işğalına son qoyuldu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi rəşadət özünün yekun nəticəsini verdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan üçün strateji baxımdan əhəmiyyət kəsb edən Laçın rayonu Ağdam və Kəlbəcər rayonları kimi bir güllə də atılmadan Azəbaycana verildi.
1992-ci il mayın 18-də Laçını işğal etdikdən sonra ermənilər orada qeyri-qanuni məskunlaşma aparmşdılar, Laçında daim yaşayacaqları barədə xülyalar qurmuşdular. Nəhayət 27 sentyabrdan başlayan müharibə cəmi 44 gün ərzində Ermənistanın acı məğlubiyyəti ilə nəticələndi. Əli hər yerdən üzülən, çarəsiz və aciz durumda qalan Ermənistan acı məğlubiyyəti qəbul etmək və kapitulyasiya ilə razılaşmaq məcburiyyətində qaldı, Prezident İlham Əliyevin şərtlərini qəbul etməyə vadar oldu.
Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü böyük qələbəmizi təmin etdi.
Köçəri Rüstəmov – Laçın sakini, şəhid ailəsinin üzvü, müharibə veteranı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"