Bu ölkələr Zəngəzur dəhlizdən istifadə edəcəklər - Prezident
Hörmətli həmkarlar, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.
Sonxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.
"İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.
Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.
Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər", - İlham Əliyev bildirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 5410 Tarix: 28 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill
9 noyabr"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun
9 noyabrZəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir
11 noyabrTürkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
9 noyabrƏrdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11 noyabrPrezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini
11 noyabrAzərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir
"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir
11 noyabr