Azərbaycanda dərmanlar ucuzlaşa bilər
"Azərbaycanda dərman hazırlayan müəssisələrin yaradılması üçün hər cür şərait var".
Sonxeber.az "report"a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova deyib.
O qeyd edib ki, əczaçılıq müəssisələrinin yaradılması dərmanların qiymətinin xeyli azalmasına səbəb ola bilər: "Azərbaycanda belə müəssisələrin uğurla yaradılması və fəaliyyəti üçün ölkəmizdə hər cür zəmin var.
Əvvəla, Azərbaycanda dərman preparatlarının istehsalı üçün bitkilər, mineral və təbii resurslar var. 2008-ci ildə biyan kökündən hazırlanan məhsulları buraxan zavodun tikintisi bu baxımdan müsbət nümunə kimi göstərilə bilər".
"Digər tərəfdən, Azərbaycanda müasir əczaçılıq sənayesinin əsas tərkib hissəsi olan kimyanın müxtəlif sahələri üzrə təhsil və elmi-tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bu, mühüm faktorlardan biri kimi qiymətləndirmək olar.
Onu da qeyd edim ki, hələ Sovet hakimiyyəti illərindən Azərbaycanda biologiya sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində güclü ənənələrimiz mövcuddur.
Bu sahədə elmi-tədqiqat mərkəzləri hələ də fəaliyyət göstərməkdədir. Əlbəttə, əczaçılıq sənayesində alıcıların həddən artıq çox olduğunu nəzərə alsaq, bu işdə dövlətin iştirakı vacibdir. Əgər biz ölkəmizə məşhur brendləri cəlb etmək istəyiriksə, yenə də burada dövlətin köməyi lazım gələcək.
Hətta belə bir müəssisə hansısa şirkətin ortaq payı ilə yaradılsa, dövlət yenə də bu layihədən ikiqat iqtisadi xeyir əldə etmiş olacaq. Çünki dərman istehsal zavodu yüksək gəlir gətirməyə başladıqda, dövlət öz paylarını özəlləşdirməyə çıxara bilər. İkinci tərəfdən, bu müəssisə dövlət büdcəsinə də vergi ödəyəcək.
Belə bir layihənin sosial faydasından danışdıqda isə əhalinin məşğulluğuna veriləcək töhfəni qeyd etmək olar"- ATU rəsmisi əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1349 Tarix: 29 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabr