Azərbaycanda internet problemi nə vaxt həll olunacaq? - AÇIQLAMA

Azərbaycanda internet problemi nə vaxt həll olunacaq? - AÇIQLAMAAzərbaycanda internet zəifliyi bütün dövrlər üçün aktual olub. Lakin son illər dünyanı cənginə alan pandemiya səbəbindən internetə olan tələbat artdığı üçün problem qabarıq şəkildə insanları narahat etməyə başladı.

Şikayətlərə daha çox tələbələr və onlayn çalışanlar arasında rast gəlinir. Hətta yüksək ödəmələr edən şəxslər belə istədikləri səviyyədə internetdən istifadə edə bilmirlər.

Bəs internet problemində əsas səbəb nədir? Şəhər sakinləri problemi nədə görür?

Paytaxt sakini Dilbər Davudova deyir ki, ödəniş yüksək olsa da, sürət aşağıdır. Onun sözlərinə görə, bəzən internet ümumiyyətlə itir. Tural Həsənov da internet işarəsi olduğu halda istifadə edə bilmədiklərini deyir.

Ölkəmizdən fərqli olaraq qonşu ölkələrdə internetin keyfiyyəti necədir?

Qonşu ölkələrdə yaşayan həmyerlilərimizlə bu ölkələrin internet xidmətləri arasındakı fərqlər haqqında maraqlandıq. Türkiyədə təhsil alan həmyerlimiz Qoşqar Bəylərov ölkədəki internetin keyfiyyət və sürətinin onu qane etdiyini deyir.

Gürcüstanda təhsil alan həmyerlimiz Vəfa Mövlayeva oxuduğu müddət ərzində internetin həm çöl, həm də ev şəraitində yaxşı olduğunu, qiymətinin də münasib olduğunu qeyd edib.

Rusiyada yaşayan Mehparə Fətəlizadə də bildirir ki, internet keyfiyyətlidir. Sürət qiymətə görə seçilir.

Mövzu ilə bağlı azərbaycanlı ekspert Elvin Abbasovla əlaqə saxladıq. Ekspert BAKU.WS-ə açıqlamasında bildirib ki, internet xətt üzərindən gedir və xətlərin keyfiyyətsiz və keyfiyyətli olmasının internetə təsiri böyükdür.

"Eyni zamanda özəl provayderlərin iş prinsipi də bu problemin səbəbi ola bilər. Mümkündür ki, müqavilədə göstərilən sürət tam verilmir. Eyni zamanda bəzi provayderlər gündüzlər sürəti aşağı salır, axşam isə qaldırılır. Bu, müqavilə öhdəliyinə görə dəyişir.

"İnternet problemi" deyəndə bunun altında onlarla fərqli məqamlar var. Bəzən xətlərdə hər şey qaydasında olur, amma provayder daxilində problem yaranır. Yəni o, interneti düzgün bölmür və ya onun texniki problemi olur. Bəzən də nə xətdə, nə də daxildə problem olmur, əksinə vətəndaşın kompüterində və ya telefonunda problem olur. Bu səbəbləri artıra bilərəm. Amma bunu ümumi olaraq "internet problemi" kimi adlandırırlar.

Ekspert qeyd edir ki, 2 il ərzində problem öz həllini tam tapacaq. Ölkədə "Fiber Optik" internet tam şəkildə yayılandan sonra internet sürəti də yaxşılaşacaq.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz də BAKU.WS-ə açıqlamasında bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli rəhbərliyi bu problemi aradan qaldırmaq üçün son dövrlərdə "Dövlət Özəl" tərəfdaşlığı təşəbbüsü irəli sürüb. Yəni dövlət provayderi özəl provayderlə birlikdə Bakı ətrafında və regionlarda internet infrastukturu qurub.

"Bu infrastrukturla Bakı və ətraf kəndləri, o cümlədən regionlarda təkcə rayon mərkəzində deyil, kəndlərin ən ucqar nöqtəsində yerləşən vətəndaşlara da keyfiyyətli internet əlçatan olsun. Nazirliyin açıqlamasına görə, bu proses 2 il çəkəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2138   Tarix: 29 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

11 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr