Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşdü
Birləşmiş Krallığa səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Lordlar Palatasının üzvü Vacid Xanla görüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, Vestminster Sarayında baş tutan görüş zamanı Birləşmiş Krallığın Azərbaycanın etibarlı tərəfdaşı və ən böyük investorlardan biri olduğu, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyi, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, hər iki ölkədə etnik və azlıqlara münasibətdə nümunəvi tolerantlıq, multikultural dəyərlərə sadiqlik siyasəti nümayiş etdirildiyi qeyd olunub.
Görüşdə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev də iştirak edib.
Böyük Britaniyaya səfəri çərçivəsində Fuad Muradov Lordlar Palatasının üzvləri Məhəmməd Şeyx, Qurban Hussain və Malkolm Bryusla da görüşüb.
Nəzərə çatdırılıb ki, yerli ictimaiyyətə inteqrasiya etmək üçün Birləşmiş Krallıqda yaşayan azərbaycanlılara böyük imkanlar yaradılıb. Komitə sədri bildirib ki, diasporun, Azərbaycan evlərinin və tələbə gənclərin imkanlarının genişləndirilməsi proqramının hazırlanmasına ehtiyac duyulur və belə proqram Azərbaycan hökuməti tərəfindən dəstəklənə bilər. Lordlar Palatasının üzvləri Azərbaycanın regionda vacib rol oynadığını vurğulayıblar.
Görüşdə Böyük Britaniyadan olan investorların Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq prosesində iştirak imkanları da müzakirə olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1413 Tarix: 04 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidən verilən Zəfər mesajı
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüf
11 noyabrZəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11 noyabrŞuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11 noyabrİlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
9 noyabrİlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım
10 noyabrƏrdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
8 noyabr