Ərəb ölkələrinin KİV-lərində Mehriban Əliyeva haqqında məqalə - FOTO
Şərqşünas Həşim Məmmədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqaləsi ərəb ölkələrinin KİV-lərində gündəm olub.
Belə ki, Həşim Məmmədovun "Mehriban Əliyeva: Avrasiyanın nadir şəxsiyyəti" adlı məqaləsi Misir (elalmelarby.com, alqraralaraby.com, aldiplomasy.com, almsaey.akhbarelyom.com), İordaniya (alanbatnews.net, nayrouz.com, shaabnews.co), Mərakeş (alqalamlhor.com) və Əlcəzair (dzayerinfo.com) saytlarında dərc olunub.
Müəllif yazıda qeyd edib ki, Mehriban Əliyeva azərbaycanlılar üçün fenomenal şəxsiyyətdir:
"İstər Birinci vitse-prezident kimi fəaliyyətində, istər həyata keçirdiyi sosial layihələrdə, istər təşkilatçılıqda Mehriban Əliyeva həmişə uğurlu olur. Onun bu uğurunun sirri isə bütün fəaliyyətində insan faktorunun ön planda olmasıdır.
Mehriban Əliyeva uğurlu diplomatdır, vətəndaşların daim yanında olan şəxsdir, mədəniyyətin qoruyucusu, təbliğatçısıdır, vətəninin dünyada tanıdılması üçün nəhəng layihələrin təşəbbüskarı və müəllifidir. Mehriban Əliyevanı fenomenal edən xüsusiyyətləri saysız-hesabsızdır.
Lakin onun fəaliyyəti təkcə Azərbaycanın sərhədləri ilə məhdudlaşmır, əksinə, bir çox hallarda Azərbaycanı məhz Mehriban Əliyevanın gördüyü işlərlə dünyada tanıyırlar".
Məqalədə bildirilir ki, Mehriban Əliyeva fəaliyyəti boyunca həmişə öz sadəliyi, eləcə də dəqiq və səlisliyi ilə seçilib:
"İnam həyatın bütün sahələrində əsas amildir, siyasətdə isə onsuz nəyəsə nail olmaq çətindir. Lakin hər bir siyasətçi bunu qazanmalı, öz əməli ilə əldə etməlidir. Mehriban Əliyeva bu inamı Azərbaycan naminə, Azərbaycan insanının yaxşı yaşaması və xoşbəxt gələcəyə sahib olması naminə Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayarkən qazanıb.
Mehriban Əliyevanın fəaliyyətinə, gördüyü işlərin kiçik bir qisminə nəzər saldıqda hər şey əyani şəkildə ortaya çıxır".
Yazıda Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin ölkənin müxtəlif sferalarında həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"