Azərbaycan əsilli idmançı məşhur amerikalı aktyoru döyüşə çağırdı - VİDEO
Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev amerikalı məşhur aktyor, prodüser və ssenarist Vins (Vinsent) Vonu döyüşə çağırıb.
O, "UFC on ESPN-31" turnirində dostu və öz keçmiş komanda yoldaşı Bred Ridla qalib gəldiyi döyüşdən sonra zarafatla onu döyüşə çağırıb. Həmin vaxt 51 yaşlı aktyor döyüşü izləyənlər arasında olub.
Daha sonra o, mətbuat konfransında 50 min dollar qazandığı döyüş barəsində çıxış edib: "Döyüşə başlayanda özümü narahat hiss edirdim. Çox da yox. Amma başa düşürdüm ki, dostum da olsa, bu, əsl döyüşdür. Ola bilər ki, o məni nokauta salsın, ona görə də bir az narahatlıq vardı.
Mən üçüncü raundu gözləyirdim. Qəfəsə (səkkiz guşəli oktaqon) girəndə gördüm ki, o, sağa tərəf gedir, hər dəfə əllərini aşağı salır. Düşünürdüm ki, fırlanaraq arxaya yumruq və ya ayaq zərbəsi vurmalıyam. Mən arxaya ayaq zərbəsi (buna MMA-da təkər zərbəsi deyilir – S.M.) endirdim".
O, Tailandda dost olduğu və "Tiger muay tay" idman zalında eyni məşqçinin təlimatları əsasında məşq etdiyi Bred Ridlı məğlub etməsinə görə çox da sevinmədiyini bildirib:
"Bilmirəm mən buna görə məyusam, ya şadam. Çünki dostunu bu hala salmaq elə də yaxşı hiss deyil. Əlbəttə, şad da, qəmgin də ola bilərəm. Dəqiq bilmirəm".
Fiziyev MMA karyerasında nokautla başa çatan yeddi qələbədən ikisini oktaqonda qazanıb. O, kikboksçu kimi 29 idmançını nokauta salıb. Baxmayaraq ki, o buna çalışmadığını bildirib:
"Döyüşlərimdə heç vaxt nokauta çalışmıram. Döyüşdən əvvəl bunu edəcəyimə heç vaxt inanmıram. Mən ona qalib gəlmək istədim və buna nail oldum. Bu gün mətbəximə geri dönəcəyəm və nəsə bişirməyə çalışacağam".
UFC kimi dünyan ən məşhur MMA turnirində ardıcıl beşinci qələbəsini qazanan Rafael Fiziyev hazırda öz çəkisində (yüngül çəki) 13-cü güclü idmançıdır və bu qələbədən sonra onun reytinqi daha da yüksələcək. O, növbəti planı haqda yarızarafat deyib:
"Növbəti planım Sinqapura 17,5 saatlıq uçuş həyata keçirməkdir. Sinqapurdan sonra isə Tailanda getməliyəm".
Qeyd edək ki, Rafael Fiziyev Qazaxıstanda doğulub, Qırğızıstanda yaşayır. Onun atası azərbaycanlıdır və döyüşlərə Azərbaycan papağı ilə çıxır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3173 Tarix: 06 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabr