Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMASon dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıların məzmununda narkotik istifadəsinin, qanunsuz əməllərin, zorakılığın və həbsxana həyatının bəzən cəlbedici formada təqdim edilməsi isə ciddi narahatlıq doğurur. Uşaqların bu cür musiqilərə maraq göstərməsi onların düşüncə tərzinə, davranışlarına və dəyərlərinə necə təsir edə bilər? Valideynlər övladlarını bu məzmundan necə uzaqlaşdıra, onlarda sağlam düşüncə və düzgün həyat tərzi formalaşdıra bilərlər? Qeyd edək ki, uşaqların zərərli məzmundan qorunması məsələsi dövlət səviyyəsində də diqqət mərkəzindədir.

Belə ki, Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamında uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi və zərərli məzmundan qorunması məsələlərinə xüsusi diqqət yetirilib. Bu baxımdan azyaşlıların dinlədiyi musiqilərin məzmunu, sosial şəbəkələrdə qarşılaşdıqları materiallar və valideyn nəzarətinin rolu yenidən aktuallıq qazanır.
Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, yeniyetmə mərhələsi şəxsiyyətin parçalanması və əsl kimliyin ortaya çıxması mərhələsidir. Yeniyetmələrin geyim tərzindən başlayaraq, danışıq forması, dinlədikləri musiqi, istifadə etdikləri ifadələr, sosial davranışları və özlərini təqdim etmə üsulları əslində çox vaxt daxili dünyalarının, kimlik axtarışlarının və sosial mühitlərinin bir əksidir. Bir yeniyetmənin zövqü necə formalaşır? Zövq formalaşması onun tərbiyəsinin, ailəsinin və ya psixoloji sağlamlığının birbaşa göstəricisi deyil. Bu mərhələdə insanın özünü valideynlərindən ayrı bir fərd kimi kəşf etməyə başladığı dövrdür. Psixologiyada buna identiklik formalaşması deyilir. Uşaq artıq valideynlərinin istədiyi insan olmaq istəmir. Bu mərhələdə uşağa üç təsir əsas rol oynayır;

. Ailədən gələn ilk dəyərlər, davranış normaları, emosional təhlükəsizlik və dünyagörüşü.

. Həmyaşıdlardan formalaşan qəbul olunmaq, qrupa aid olmaq və fərqlənmək ehtiyacı.

. Rəqəmsal mühitin təsiri olan TikTok, Instagram, YouTube, musiqi və sosial media fenomenləri. Ümumilikdə buna cəmiyyət deyilir.
Bəzi hallarda üçüncü faktor əvvəlki iki faktoru üstələyə bilir. Yəni cəmiyyət daha çox uşaqlara təsir edə bilir. Niyə bəzi yeniyetmələr aqressiv davranışlara, küçə geyimləri və küçə jarqonu, narkotika meyl edirlər? Çünki o, müəyyən qrupa aid olmaq istəyir. Aidiyyətlik hissi yaranır. Daxildəki güvənsizlik çöldəki sərtliklə kompensasiya olunur. Güclü görünmək, fərqlənmək hissi yaratmaq istəyir. Ailə niyə bunları görmür? Bəzən ailə uşağın maddi ehtiyaclarını qarşılayır, yaxşı məktəbdə oxudur, geyindirir, yedizdirir, amma onun daxili dünyasına daxil ola bilmir. Ola bilər valideyn uşağına nəzarət edir, amma nə hiss etdiyini bilmir.

Uşağın qorxularından, komplekslərindən, daxili konfliktlərindən xəbərsizdir. Adətən bu həddindən artıq məşğul valideynlərin, həddindən artıq nəzarətçi ailələrin, öz davranışları ilə ziddiyyət yaradan valideynlərin uşaqlarında rast gəlinir. Yəni, valideyn uşağa hörmət, mədəniyyət, əxlaq və məsuliyyət haqqında danışır, amma özü gündəlik həyatında bunları nümayiş etdirmir. Valideynlərin bir-biri ilə davamlı konflikt yaşadığı ailələrdə, həddindən artıq sərt və avtoritar ailələrdə, emosional yaxınlığı zəif ailələrdə, uşağa sərhəd qoyulmayan, hər istəyinin yerinə yetirildiyi ailələrdə, valideynləri ilə sağlam ünsiyyət quran, lakin sosial çevrəsinin təsirinə düşən ailələrdə belə uşaqlara rast gəlmək mümkündür. Məsələ uşağın nə dinləyib, nə geyinməyi deyil, əsas məsələ uşağın daxilində elə bir dəyər sistemi formalaşdırmaq lazımdır ki, o, ətrafında nə qədər fərqli, aqressiv və ya zərərli həyat modelləri görsə də, özü üçün doğru ilə yanlışı ayırd edə bilsin. Çünki ailənin əsas vəzifəsi, uşaq özünü dünyada itirməyəcək qədər güclü yetişdirməkdir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 176   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr