"Parlament Şəbəkəsinin yaradılması cənab Prezidentin böyük beynəlxalq nüfuzunun göstəricisidir"

"Parlament Şəbəkəsinin yaradılması cənab Prezidentin böyük beynəlxalq nüfuzunun göstəricisidir"İstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Bildiyiniz kimi, İspaniyanın paytaxtı Madriddə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi yaradılıb və Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

Mövzu ilə bağlı deputat Vüqar İskəndərov Sonxeber.az-a münasibət bildirib.

O vurğulayıb ki, Parlamentlər Şəbəkəsinin yaradılması QH sədri, cənab İlham Əliyevin əməyinin, nüfuzunun, və uzaq görənliyinin mühüm nəticəsidir:

"QH üzv dövlətlərinin parlamentlərinin spikerləri, spiker müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib. Onun məsələlərə peşəkar yanaşması, parlament sədrləri arasında xüsusi nüfuzunun olması iclasın gedişatında da hiss olunub. Parlament diplomatiyasının hərtərəfli inkişafında, ölkələr arasındakı çoxşaxəli münasibətlərdə Azərbaycan Parlamentinin spikeri Sahibə Qafarovanın xüsusi rolu danılmazdır. O, bir çox ölkələrə etdiyi rəsmi və işgüzar səfərləri zamanı, eləcə də Madrid şəhərində keçirilən iclasda vəzifəsini yüksək səviyyədə yerinə yetirərək haqqında deyilənləri sübut edib.

"Parlament Şəbəkəsinin yaradılması cənab Prezidentin böyük beynəlxalq nüfuzunun göstəricisidir"Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin beynəlxalq platformada nüfuzlu parlament sədrlərinə və digər siyasətçilərə çatdırılması ölkəmizin parlament diplomatiyası sahəsindəki uğurlarının bariz nümunəsidir.

Yüksək səviyyədə keçən iclasda Hərəkatın tarixində yeni səhifə açacaq və üzv dövlətlər arasında munasibətlərin inkişafına xidmət edəcək QH Parlamentlər Şəbəkəsi təsis edilib.

Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu Şəbəkə QH-nin fundamental dəyər və prinsiplərinin təşviqinə, Hərəkata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin edilməsinə, habelə QH üzv dövlətləri üçün ümumi maraq kəsb edən məsələlərin həll edilməsinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq, eləcə də qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq.

Tədbirdə çıxış edən QH üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri QH-nin sədri qismində Azərbaycan Respublikasının bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və Şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.

Cənab Prezident İlham Əliyevin QH-yə sədrlik etdiyi müddətdə Hərəkat BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı statusunu qazanıb. Prezidentimizin gördüyü işlər sırasına pandemiya dövründə qəbul etdiyi uzaqgörən qərarlar da daxildir.

Əldə etdiyimiz uğurlar nəzərə alınaraq, 120 üzv ölkənin xahişi ilə Azərbaycanın sədrliyi daha bir il müddətinə uzadılıb. Bunun özü bizə olan etimadın, inamın göstəricisidir.

İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə təsis edilmiş Parlament Şəbəkəsinin Hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funksiyalar vurğulanır, Azərbaycanın Hərəkata səmərəli sədrliyi alqışlanır, habelə Şəbəkənin növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçiriləcəyi bildirilir.

Ümumilikdə, Parlament Şəbəkəsinin yaradılması cənab Prezidentin böyük beynəlxalq nüfuzunun göstəricisidir".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Parlament Şəbəkəsinin yaradılması cənab Prezidentin böyük beynəlxalq nüfuzunun göstəricisidir"ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2649   Tarix: 10 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11 noyabr
.

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir

11 noyabr
.

Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi

9 noyabr
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11 noyabr
.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11 noyabr
.

Xankəndidə qələbə təntənəsinin nümayişi

Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar

11 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr