Atalığı tərəfindən zorlanan 11 yaşlı qızın aqibəti necə olacaq?-AÇIQLAMA
Təxminən bir ay öncə İmişli rayonunda 11 yaşlı qız atalığı tərəfindən təcavüzə məruz qalmışdı. Hazırda həmin qız sığınacaqdadır. Bəs bundan sonra onun aqibəti necə olacaq?
Məsələ ilə bağlı Sonxeber.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlama verib.
Onun sözlərinə görə, baş verən hadisəyə dərhal reaksiya verilib və uşaq anası ilə bərabər sosial xidmətlər agentliyinin məişət zorakılığı qurbanları üçün nəzərdə tutulan sığınacağına yerləşdirilib:
"Bir müddət keçdikdən sonra uşağın qardaşını da qızın yanına gətirdilər. Hazırda ana və hər iki uşaq orada reabilitasiya keçirlər. Onlar dövlətin himayəsindədirlər, vəziyyətləri normaldır.
Ümumiyyətlə, sığınacaqlar uzunmüddətli deyil. Bu səbəbdən düşünürəm ki, reabilitasiya bitdikdən sonra reinteqrasiya üçün ya bizim təşkilatın, ya özlərinin qərarı ilə evlərinə geri dönməyə seçim edə bilərlər. Bunu artıq zaman göstərəcək. Amma hazırda istintaq getdiyi üçün ən azı 4 ay gözləməliyik. Adətən reablitasiya 6 ay müddətinə qədər uzadıla bilir.
Düşünürəm ki, onların sığınacaqda qalması öz seçimləridir. Əgər dövlət onların daha da artıq qalmasını məsləhət bilsə, qalacaqlar. Lakin ana ilə bağlı hər hansı bir məhkəmə qərarı və ya istintaq tədbirləri həyata keçirilsə, o zaman artıq dövlət və aidiyyəti qurumlar qərar verəcək".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"