Taleh Ziyadov: "Zəngəzur dəhlizinin açılışı Bakı Limanının dövriyyəsini artıracaq"
"Zəngəzur dəhlizinin açılması Bakı Limanının böyük potensialı olduğu ortaya çıxartdı və gələcəkdə yükdaşımaların artmasını gözləyirik".
Sonxeber.az xəbər verir ki, bunu , "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin direktoru Taleh Ziyadov bu gün jurnalistlər üçün keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi sovet dövründə ən önəmli dəhlizlərdən biri idi: "Sovet Ittifaqı ölkələri arasındakı iqtisadi əlaqələr Zəngəzur dəhlizi vasitəsilə aparılırdı. Bizim ölkəmizində Culfadan İrana gedən dəmir yolu vasitəsilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olurdu. Birinci Qarabağ müharibəsindən sonra bu dəhlizdə yükdaşıma tamamilə yox oldu. İkinci Qarabağ müharibəsindən sonrakı zəfərlə yeni perspektivlər həm Azərbaycan, həm də region üçün açılmaqdadır.
Biz liman olaraq dəhlizinin çox böyük əhəmiyyətini görürük. Limandan dəmir yolu vasitəsilə Türkiyəyə, Agdənizə çıxış daha qısadır. Həm Türkiyənin, həm Avropanın Orta Asiya ilə çox ciddi ticarəti var. Bu ticarət dövriyyəsi daim artır. Bu dövriyyənin Bakı Limanı vasitəsilə artmağını ehtimal edirik, buna hazırlıq görürük".
Onun sözlərinə görə, qonşu limanlarla, xüsusilə Qazaxıstan, Türkmənistan limanları ilə yaxın əlaqələrin yaradılması işlərin harmonizasiyası, işlərin yaxından əlaqələndirilməsi bizim regionun ticarətinə çox böyük əhəmiyyəti var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"