Telman İsmayılovun İsraildəki evlərinə həbs qoyulub
Azərbaycan əsilli biznesmen Telman İsmayılovun Təl-Əvivdəki evlərinə həbs qoyulub. Sahəsi 621 və 534 kvadratmetr olan malikanələrə "BM Bank"ın (VTB-yə daxildir) iddiası çərçivəsində həbs tətbiq edilib.
"BM Bank"ın İsrail məhkəməsinə müraciətinə əsas kimi Rusiya məhkəmələrinin qərarı olub.
Belə ki, RF ədliyyə orqanı biznesmenin 2012-ci ildə "Ruslayn 2000" və "Tropicano Finance BV" şirkətləri üçün götürdüyü külli miqdarda borcu kreditora qaytarmadığını müəyyən edib. Söhbət 13,5 milyard rubl (310,2 milyon manat) və təxminən 169 milyon dollardan (287,3 milyon manat) gedir.
Məhkəmə çəkişmələri başlayandan sonra Telman İsmayılovun İsraildəki daşınmaz əmlakını oğlu Ələkbərin adına keçirməsi isə banka bu həbs barədə hökm verməsinə gətirib. Məhkəmə İsmayılovun oğlunun daşınmaz əmlak üzərində mülkiyyət hüququnu üçüncü şəxslərə verə biləcəyini nəzərə alıb.
Qeyd edək ki, Rusiyada qətl və insan oğurluğunda ittiham olunan biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2378 Tarix: 07 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadının iynə vurduğu kişi öldü
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın
11 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabr