İllərlə qızlarını cinsi istismar edən atanı arvadı güllələdi
Ata illərlə doğma qızlarını cinsi istismara məruz qoyub.
Sonxeber.az-ın "DHA" agentliyinə istinadən məlumatına görə, Türkiyənin Konak şəhərində yaşayan Serkan E. adlı şəxs qızlarına qarşı əxlaqsız hərəkətlər edib. Onun bu əməli səsyazısı vasitəsilə üzə çıxıb.
Qızların anası Asya D. hadisədən xəbərdar olduqda ərini silahla yaralayıb.
Qızlarına qarşı cinsi istismar edən ataya 67.5 il, qadına isə 23 il həbs cəzası tələb olunub.
Məlumata əsasən, işsiz olan Serkan E. 9 il əvvəl 19 yaşlı böyük qızı Ecemi cinsi istismara məruz qoyub və bu hal 4 il davam edib. Daha sonra isə kişi başqa bir cinayətə görə həbs edilib.
Bu vaxt qızı Ecem vəziyyəti anasına danışıb. Lakin qızına inanmayan ana onu psixiatra aparıb. Müalicə olunan və dərman qəbul edən qız bir müddət sonra qaçaraq ərə gedib və özünü o evdən xilas edib.
Həbsdən çıxdıqdan sonra evə qayıdan Serkan E. bu dəfə kiçik qızı Sıla E.-yə qarşı əxlaqsız əməlini törətməyə başlayıb. Sıla da başına gələnləri anasına danışıb. Böyük qızının daha öncə dediklərini xatırlayan Asya qızı Sılanın paltarına səs yazan qurğu yerləşdirib.
Səsləri dinlədikdən sonra o, boşanmalarına baxmayaraq, eyni evdə yaşadığı Serkanı güllələyib.
Ağır yaralanan Serkan xəstəxanaya yerləşdirilib, Asya isə həbs edilib. Serkan E.-yə qarşı "öz uşağına qarşı cinsi istismar" ittihamı ilə cinayət işi açılıb. Cinayətkar istintaq çərçivəsində həbs edilib.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"