Avtomobilini magistral yolda sürmək üçün 12 yaşlı oğluna verən ata DANIŞDI - VİDEO

Avtomobilini magistral yolda sürmək üçün 12 yaşlı oğluna verən ata DANIŞDI - VİDEOÖlkəmizdə yetkinlik yaşına çatmayanların sükan arxasına keçib avtomobil idarə etməsi kimi hadisələr bu gün də ara-sıra müşahidə edilir. Belə hallara regionlarda və paytaxtın hərəkət intensiv olmayan bir sıra küçələrində, şəhərətrafı ərazilərdə rast gəlmək olur. Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəbə avtomobillə gəlməsinə dair məlumatlar da eşidirik. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində də tez-tez maarifləndirici tədbirlər keçirilir. Lakin görünən odur ki, bəzi valideynlər azyaşlıların və məktəblilərin sükan arxasına keçməsi hallarına ciddi nəzarət etmirlər.

Bu kimi faktlarda qanunvericiliyin tələbi nədir?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi polis polkovnik-leytenantı Namidan Piriyevə müraciət etdik.

Oxu.Az-a açıqlama verən N.Piriyev bildirib ki, bu yaxınlarda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə yollara nəzarət zamanı Bakı-Qazax yolunda hərəkətdə olan VAZ-21723 markalı nəqliyyat vasitəsi diqqət çəkib.

Belə ki, sükan arxasında azyaşlının olduğuna dair şübhələr yaranıb və həmin avtomobil Kürdəmir rayonu ərazisində yerləşən stasionar postda yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılıb. Məlum olub ki, avtomobili həqiqətən də 12 yaşlı uşaq idarə edib. Uşağın atası ilə profilaktiki söhbətlər aparılıb və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Valideyn özü də yol verdiyi əməldən peşmanlığını ifadə edib.

Namidan Piriyev qeyd edib ki, sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara, təəssüf ki, hələ də rast gəlirik:

"5 dekabr tarixində Gəncə şəhərində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Həmin qəzada da 16 yaşlı məktəbli sürücülük hüququ olmadan sükan arxasına keçərək avtomobili idarə etmiş, nəticədə özü ilə yanaşı yolu keçməyə çalışan 13 yaşlı piyadanın həyatına son qoymuş və avtomobildə olmuş digər üç gənc sərnişin də ciddi xəsarətlər almışdı.

Bütün bu məlumatlar ictimailəşdirildiyi halda yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlər var. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yeniyetmə məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək bəzən gizlin, bəzən də valideynlərinin xəbəri ola-ola avtomobil sürməsi halları qalmaqdadır. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə "hazır" olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.

Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1680   Tarix: 10 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021