İlham Əliyevdən azad edilmiş ərazilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncam işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakı istiqamətlərdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
1. işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi;
2. işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi;
3. işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi;
4. müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi;
5. işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi;
6. işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, "yaşıl artım" yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi;
7. işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.
Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"