""Media haqqında" qanun yeni imkanlar və yeni mərhələ deməkdir"
"Media haqqında" qanunun hazılanması bir çoxları tərəfindən müsbət qarşılanıb. Bu qanun layihəsi müasir mediada hüquqi münasibətlərin tənzimlənməsi üçün əsasdır.
Mövzuyla bağlı deputat Müşfiq Cəfərov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, müasir çağırışlara cavab verən yeni qanuna ehtiyac vardı:
"Bildiyimiz kimi, media haqqında yeni qanun lahiyəsi hazırlanıb. Düşünürəm ki, "Media haqqında" qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun 22 il öncə qəbul edilib, 79 dəfə dəyişiklik olunub. Təbii ki, müasir çağırışlara cavab verən yeni qanuna ehtiyac vardı. Çünki 22 il müddətində sosial platformalar, saytlar meydana gəlib. Məhz yeni qanun layihəsi bunları da əhatə edir.
"Media haqqında" qanun layihəsindən gözlənti böyükdür. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunub. Qanun lahiyəsi beynəlxalq təcrübədən çıxış edərək müəyyən müddəalar nəzərdə tutur ki, bu, bütün dünyada belədir.
Yeni qanunda hər hansı məhdudiyyət yoxdur, prinsip etibarilə hazırda qüvvədə olan "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna oxşardır. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir.
Qanun sosial şəbəkələrin və bloqerlərin fəaliyyətini tənzimləmir. Həmçinin, "vətəndaş jurnalistikası" adlandırılan və peşə olaraq deyil, hobbi olaraq göstərilən jurnalist fəaliyyəti də bu qanunun təsir dairəsinə daxil deyil.
İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır, bu, könüllülük prisipiylə müəyyən edilir. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.
Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlətdən icazə tələb olunmur.
Vahid jurnalist vəsiqəsinin verilməsinə gəlincə isə, qeyd edim ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçiriləcək, bu da, öz növbəsində, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, jurnalistlər öz fəaliyyətini davam etdirə biləcəklər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər.
Düşünürəm ki, "Media haqqında" qanun layihəsi dövlət-media münasibətlərində hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Həmçinin, qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini də təmin edəcək".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"