DYP-dən moped sürücüləri ilə bağlı AÇIQLAMA
Azərbaycanda son vaxtlar kiçik həcmli motora malik mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər videolar paylaşılır, müzakirələr aparılır.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a bildirib ki, mopedlərin (50 kub santimetrə qədər motor həcmi olan nəqliyyat vasitələri) idarə olunması üçün sürücülük hüququ, həmçinin, onların dövlət qeydiyyatına alınması barədə hallar bu günə qədər tətbiq olunan qanunvericilikdə əksini tapmayıb: "Vətəndaşların son vaxtlar bu növ nəqliyyat vasitələrindən istifadəsi isə ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmli olmasına və yollardakı avtomobil sıxlığının aradan qaldırılmasına öz töhfəsini verəcək. Buna baxmayaraq, məsələ ilə bağlı vətəndaşlarda haqlı narazılıq və narahatlıq yaradan səbəblər də az deyil. Bu cür vasitələrə törədilmiş qəzaları, eləcə də qayda pozuntularını xüsusi texniki vasitələrlə aşkar etmək mümkünsüzdür."
Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklər qısa zamanda öz həllini tapacaq və bu növ nəqliyyat vasitələrini idarə edənlərin məsuliyyəti daha da ciddiləşəcək. DYP əməkdaşı bildirib ki, qanunvericiliyə DİN tərəfindən hazırlanan dəyişiklillər layihəsi artıq hökumətə təqdim olunub.
Araz Əsgərli qeyd edib ki, hərəkətin digər iştirakçıları kimi təsisatlaşdırılmış mopedlər, velosipedlər, skuterlər, yeni nəsil nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı məsələ mövcud qanunvericilikdə əks olunmasa da, yeni qanunvericilikdə həllini tapacaq məsələlər siyahısındadır.
O, bu növ vasitələrindən idarə edən şəxslərə müraciət edərək hərəkət iştirakçısı kimi digər vətəndaşların da hüquqlarına hörmətlə yanaşmağa və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.
DYP əməkdaşı bildirib ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yol-patrul xidməti əməkdaşları tərəfindən hərəkətin digər iştirakçıları qismində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçıları qismində olan şəxslərə müvafiq hallara uyğun olaraq 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1945 Tarix: 14 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrEvlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr