Ümrə ziyarətinə gedənlər HANSI PEYVƏNDİ vurdurmalıdır? - QMİ açıqladı
"2022-ci il yanvarın 13-də növbəti Ümrə ziyarəti nəzərdə tutulub".
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, ziyarət müddəti yanvarın 20-nə qədər davam edəcək.
Şöbə müdiri deyib ki, QMİ ziyarət zamanı zəvvarların təhlükəsizliyinə tam zəmanət verir: "Ziyarəti müxtəlif turizm şirkətləri də həyata keçirir, ancaq bu zaman onların təhlükəsizlikləri ilə bağlı tam qarantiya verilmir. Çünki bunlar sıravi şirkətlərdir, QMİ isə dini mərkəzdir".
Ümrə ziyarəti üçün tələb olunan məbləğə gəldikdə isə şöbə müdiri diqqətə çatdırıb ki, qiymət təxminən 1440 dollardır: "Bura təyyarə ilə səfər, VİP hoteldə qalmaq, qidalanma, transfer və QMİ-nin təcrübəli rəhbərlərinin səfər boyunca ayinlərin icrası və səfərlər zamanı həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verilməsi, o cümlədən ziyarət üçün tələb olunan sığorta daxildir. Ehram geyimi, Zəm-zəm suyu və geri dönərkən PCR testi zəvvarlara hədiyyə olunur".
V. Cahangiri vaksin məsələsi ilə bağlı da vətəndaşlara müraciət edib. O qeyd edib ki, ziyarət üçün əsas şərt səfərdən iki həftə əvvəl mütləq ən azı 1 doza "Pfizer" vaksini vurulmalıdır: "İki doza "Sinovac" vurulsa belə, Səudiyyə Ərəbistanı bunu qəbul etmir. Həmin vaksini vurduranlar belə mütləq bir doza "Pfizer" vurdurmalıdır. Amma əvvəl "Sinovac" vurulmayıbsa, mütləq iki doza "Pfizer"lə getmək mümkündür".
Qeyd edək ki, pandemiya başladığı dövrdən Ümrə ziyarəti də dayanmışdı. Pandemiyadan sonra Azərbaycandan ilk zəvvar qrupu dekabrın 2-dən 9-na qədər Ümrə ziyarəti həyata keçirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1133 Tarix: 14 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrEvlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
10 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr