Rəşid Behbudovun "7 gəmi" adasına və Sarıbaşa səfəri - UNİKAL KADRLAR - VİDEO
Azərbaycan Televiziyası korifey sənətkar Rəşid Behbudovun anadan olmasının 106 illiyi ilə əlaqədar sənətkarın nadir arxiv kadrlarını yayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, TV-nin yeni yaradılmış "AzTV tarix" adlı "YouTube" kanalına yerləşdirilən videoda sənətkarın neftçilər, mədən işçiləri qarşısında çıxışı, eləcə də kənd zəhmətkeşlərinə, tarla məhsullarına həsr olunmuş nəğmələr ifa etməsi əks olunub. Kadrlar 1955-ci ilə aid "Əmək və sülh nəğmələri" sənədli filmindəndir.
Filmdə öncə Rəşid Behbudovun neftçilər qarşısında çıxış etməsi üçün "7 gəmi" adasına (Neft Daşları) gəlməsi, orada qarşılanması və neftçilər qarşısında çıxış etməsi əks olunub.
Onlar Rəşid Behbudovu səmimiyyətlə qarşılayır, ən çox neft çıxarılan quyuların işi ilə tanış edirlər. Burada daha bir nadir kadra rast gəlinir.
Rəşid Behbudovu qarşılayanlar arasında neftçi Qurban kimi tanıdığımız Qurban Abbasov da var. O, Xalq artistini dinləmək üçün adaya gəlib.
Filmdə daha sonra taxıl və tarla zəhmətkeşlərinə həsr olunmuş musiqi nömrəsində müğənninin Azərbaycan SSR-nin bol məhsulu və taxılı haqqında oxuduğu nəğmə, Daşkəsəndə mədən işçiləri qarşısında ifa etdiyi "Mən sülhə səs verirəm" mahnısı yer alır.
Onun Qax rayonunun Sarıbaş kəndinin "Alagöz" yaylağında heyvandarlar qarşısında çıxışı da videoda əks olunur. Filmdəki son ifa isə məhşur çoban Qaraya həsr olunmuş "Çoban Qara" mahnısıdır.
Qeyd edək ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də anadan olub. Bu gün sənətkarın doğum günüdür.
Onu da bildirək ki, "AzTV tarix" "YouTube" kanalında AzTV-nin arxivində yer alan unikal sənədli filmlər, görüntülər yayımlanır.
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1671 Tarix: 14 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrEvlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
10 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabr