Paşinyanın arzusu ürəyində qaldı

Paşinyanın arzusu ürəyində qaldıXatırladaq ki, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüş Belçikanın paytaxtı Brüsseldə baş tutub. Daha sonra Azərbaycan və Ermənistan liderləri təkbətək görüşüblər.

Sonxeber.az xəbər verir ki, Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bu barədə özünün "Facebook" səhifəsində paylaşım edərək bildirib ki, Ermənistan görüşə "ciddi hazırlıqla" getmişdi:

"Görüşdən əvvəl o, cəbhə xəttində davamlı təxribat törədərək Azərbaycana qarşı ittihamlar səsləndirməyi, davamlı atəşkəsi pozmaqda ittiham etməyi planlaşdırırdı. Ancaq Paşinyanın arzusu bu dəfə də ürəyində qaldı. Brüssel görüşünə böyük ümidlərlə gedən Paşinyan növbəti dəfə pərt oldu. Onun görüşdəki üz cizgilərindən də bu açıq müşahidə olunurdu.

Görüş konstruktiv mühitdə keçdi, bir sıra mühüm məsələlər müzakirə olundu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirildi, Avropa İttifaqı bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi. Azərbaycan uzun müddətdir ki, mina məsələsini gündəlikdə saxlamağa çalışırdı və bu görüşdə həmin məqsədinə nail oldu.

Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi.

Beləliklə, Ermənistan tezliklə dəmir yolunun çəkilişinə start verəcək. Görüşdə gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması, Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi barədə də razılıq əldə edildi.

İkitərəfli görüşdən əvvəl Prezident İlham Əliyevin növbəti diplomatik gedişat edərək "Zəngəzur dəhlizində də heç bir gömrük post olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, eynilə biz də Laçın dəhlizində gömrük postunun açılmasını təmin edəcəyik. Qərar Ermənistan tərəfindən verilməlidir. Hər iki varianta açığıq, ya hər iki tərəfdə gömrük post olmalıdır, ya da heç olmamalıdır" bəyanatını verməsi Ermənistan tərəfində soyuq duş effekti yaratdı. Dünəndən etibarən Ermənistanın bütün saytlarında, sosial şəbəkələrdə bu məslə ətrafında geniş müzakirələr aparılır, ciddi narahatlıqlar ifadə olunur.

Beləliklə, Azərbaycan növbəti dəfə Prezident İlham Əliyevin qətiyyətli və prinsipal mövqeyi nəticəsində beynəlxalq müstəvidə Ermənistan üzərində diplomatik qələbəsini təmin etdi. Ermənistan anlamalıdır ki, onun Azərbaycanla əməkdaşlıqdan və yekun sülh müqaviləsini imzalamqdan başqa yolu yoxdur. Artıq bütün dünya Ermənistandan üz çevirib. Əgər Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmasa ölkə daha ağır duruma düşəcək".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5246   Tarix: 15 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlı

11 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr