Sosial şəbəkələrdə vətəndaşlara narkotik satılma faktı: DİN-dən AÇIQLAMA - FOTO
Sosial şəbəkələrdə vətəndaşlara narkotik satılır.
Oxu.Az-ın məlumatına görə, vətəndaş "Instagram" sosial şəbəkəsi üzərindən narkotikin qiyməti barədə məlumat verir. Bildirir ki, narkotiki almaq üçün onlayn şəkildə pul ödənilir və onlar bu, vasitəni həmin şəxslərə yollayırlar.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində mütəmadi olaraq əməliyyat-texniki tədbirlər keçirilir:
"Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən sosial şəbəkələrdə monitorinqlər aparılır, həmin səhifələrin hər biri araşdırılır. İdarə edən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində qətiyyətli mübarizə tədbirləri görülür.
Onu da qeyd edim ki, əksər hallarda bu səhifələrin xaricdə yaradıldığı və idarə edildiyi müəyyən edilir. Həmin şəxslər bu əməllərini ölkə daxilində həyata keçirmək üçün narkokuryerlər tapmaq məqsədilə narkotik vasitələrin onlayn satışını təşkil edirlər.
Müşahidə zamanı görünür ki, bir çox hallarda vətəndaşlar bizi məlumatlandırmaq üçün "polisazerbaycan"ı həmin səhifələrdə işarələyir və bizə göndərirlər. Məlumat üçün bildirim ki, bu səhifələrə şərh yazdıqda, o cümlədən paylaşım edildikdə sosial şəbəkə alqoritmi həmin səhifələrin real olduğunu anlayır və bağlanmasında çətinliklər yaranır".
DİN rəsmisi vətəndaşların belə şəxslərə aldanmamaq üçün çağırış edib:
"Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, belə səhifələrlə heç bir halda danışığa getməsinlər və aşkar etdikləri təqdirdə sosial şəbəkənin texniki imkanlarından istifadə edərək həmin səhifələri şikayət edərək fəaliyyətinin dayandırılmasında bizə kömək etsinlər".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 818 Tarix: 15 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrEvlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
10 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabr