Çingiz Mustafayevi ölümdən qurtaran şəhidin ailəsi ilə bağlı film hazırlandı - VIDEO
Azərbaycan Televiziyasında Birinci Qarabağ müharibəsində qəhrəmanlıqları ilə ad çıxarmış şəhid Çingiz Cəfərovun ailəsinə hər olunmuş film nümayiş olunacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Ç.Cəfərovun ailəsi hazırda Şuşada yaşayır.
Oğlu Emil Cəfərov Şuşada təmizlik, abadlaşdırma və quruculuq işləri ilə məşğuldur, xanımı Aybəniz Cəfərova isə oğlu və iş yoldaşları üçün könüllü aşpazlıq edir.
"Yaşasın" adlı film də onların həyat hekayəsindən bəhs edir.
Belə ki, üç uşaq anası A.Cəfərova yoldaşının itkisi ilə barışmayaraq özünə qəsd edib. Lakin Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə xüsusi nəzarətdə saxlanılıb və onu həyata qaytarmaq mümkün olub.
Vətən müharibəsi başlayanda şəhid ailəsi Vətənə xidmət etmək üçün əllərindən gələni ediblər. Müharibə bitdikdən sonra isə xidmətlərini davam etmək üçün Şuşaya yollanıblar.
Qeyd edək ki, Çingiz Cəfərov jurnalist Çingiz Mustafayevi Kərkicahan döyüşündə ölümdən xilas edib.
"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı olan sənədli filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatorları Elşən Bədəlov və Elxan Rüstəmov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.
"Yaşasın" sənədli filmi dekabrın 19-u – bu gün saat 22:00-da Azərbaycan Televiziyasının (AzTV) efirində olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1215 Tarix: 19 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr