Azərbaycanda vəzifəli şəxslərin silahla fotosu yayıldı, DİN və ETSN açıqlama verdi - YENİLƏNİB
"Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun məsuliyyətsiz hərəkətlərinin şəklini paylaşması böyük təəssüf doğurur".
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat katibi İradə İbrahimova bildirib.
"Həmin şəxlər məsuliyyətsiz hərəkət ediblər. Onların izahatları alınır, araşdırma aparılır", - deyə o qeyd edib.
18:14
Daxili İşlər Nazirliyi (DİN) Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat və tüfənglə yayılan şəkilləri ilə bağlı açıqlama verib.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır:
"Məsələdən məlumatlıyıq".
17:52
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru və müavininin silahla şəkili yayılıb.
Bu barədə görüntülər mesajlaşma platformasında yayılıb.
Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun "Kalaşnikov" avtomatı və "vinçester" tüfəngi ilə şəkilləri yayılıb.
Bildirilib ki, fotonu Adəm İsmiyev öz "WhatsApp" hesabında paylaşıb, məsələ ictimailəşəndən sonra isə şəkili silib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4117 Tarix: 20 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr